"Warner Bros Discovery" rəqəmsal yayım platforması "Max"in adını yenidən dəyişdirəcəyini açıqlayıb. Şirkət bu yay HBO brendini ön plana çıxarmaq məqsədilə platformanın adını yenidən "HBO Max" edəcəyini bildirib.

HBO prezidenti Casey Bloys-un sözlərinə görə, bu addım xidmətin ruhunu daha dəqiq əks etdirir. Qeyd edək ki, 2020-ci ildə istifadəyə verilmiş "HBO Max" platforması 2023-cü ildə sadəcə "Max" olaraq yenidən markalaşdırılmışdı. Yeni ad dəyişikliyi ilə yanaşı, platformada "HBO Originals" etiketli layihələr və 24/7 yayımlanan HBO kanalları da istifadəçilərə təqdim ediləcək.

Posted 
May 15, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All