A

pple “Shot on Iphone” çərçivəsində müxtəlif Hollivud janrlarını əhatə edən “mini-blokbaster” kampaniyası ilə iPhone 13 Pro-nun kinematik xüsusiyyətlərini tanıtmağa başlayıb.

Dedektivlər qısa filmi

“Detektivlər” adlanan ilk filmdə avtomobildə əyləşmiş iki ciddi görünüşlü kişi iPhone 13-ün çəkilişdə obyektləri aşkar edən və fokus məsafəsini dəyişdirən Kinematik rejimini müzakirə edir. Ön planda oturan detektiv əsas personaj olduğu üçün diqqət mərkəzində olduğunu qeyd edir. Bulanıq fonda detektiv onun diqqətində olub-olmadığını soruşur və deyir: “Bəs sənə qatil olduğumu desəm?”.

Bu anda kameranın fokusu dərhal arxadakı dedektivə keçir və ardından əsas dedektiv soruşur: "Qatil bəyəm sənsən?"

-"Yox, amma ola bilərəm"

Bu anda kameranın fokusu yenidən baş qəhramana qayıdır.

İkinci film - Zirzəmi

“Zirzəmi” adlı digər reklamda bir qadın qaranlıq evdən keçir, qorxunc bir səs “mənə kömək et” deyə qışqırır və onu zirzəmiyə çağırır. Zirzəmiyə aparan qapını açanda o, narahatlığını dilə gətirir: “Belə zəif işıqda görüntü keyfiyyəti pisləşəcək axı! ”. Bununla belə, qorxulu səs onu “həqiqətən yaxşı göründüyünə” əmin edir. Film iPhone 13-ün zəif işıqlandırma performansını vurğulamaq niyyətindədir.

Üçüncü və sonuncu "Pavel" filmi

“Pavel” adlanan üçüncü reklam rus dilində (ingiliscə subtitrlərlə) qara-ağ videodur. Səhnə ciddi fon hesabı ilə stulda oturmuş bir adamla açılır. Daha sonra bir qadın otağa girir və deyir: "Bu yavaş və dramatik yaxınlaşma sənin dəhşətli dərəcədə təşvişdə olduğunu göstərir." Daha sonra kamera rəvan şəkildə kişinin üzünə yaxınlaşmağa davam edir. Bu filmdəsə iPhone 13-ün 3x optik yaxınlaşma qabiliyyətini reklam edilir.

Posted 
Jan 8, 2022
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All