Azərbaycanda innovasiya ekosisteminin ən fəal iştirakçıları “IDDA Awards 2025” müsabiqəsi çərçivəsində mükafatlandırılıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə 17 dekabr 2025-ci il tarixində keçirilən mükafatlandırma mərasimi ölkənin innovasiya mühitində ilin əsas hadisələrindən biri olub.

Tədbirdə startaplar, iri şirkətlərin və müxtəlif dövlət qurumlarının nümayəndələri daxil olmaqla, innovasiya ekosisteminin 200-ə yaxın oyunçusu iştirak edib. “IDDA Awards” müsabiqəsi bu il 8 nominasiya üzrə keçirilib və ümumilikdə 162 müraciət qeydə alınıb. Onlardan 119-u ictimai səsvermə mərhələsinə keçib, hər nominasiya üzrə 5 finalçı isə münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Mərasimin rəsmi hissəsində İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov, Agentliyin İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli və İnvestisiya və miqyaslaşma şöbəsinin müdiri Ağahüseyn Əhmədov çıxış edərək ölkədə innovasiya və rəqəmsal transformasiya sahəsində görülən işlər, ekosistemin inkişaf istiqamətləri və “IDDA Awards”un bu prosesdəki rolu barədə məlumat veriblər.

“IDDA Awards 2025” müsabiqəsinin qalibləri aşağıdakılar olub:

İlin Startapı – IMED

İlin Rezidenti – Era Soft Digital Solutions

İlin Ekosistem Lokomotivi – Emiliya Əhmədova

İlin Ekosistem Oyunçusu – Yaradıcı Mərkəz

İlin Bacarıq Gücü – STEP IT

İlin Texnologiya Tədbiri – Baku ID

İlin İKT-də Qadını – Emiliya Əhmədova

İlin Rəqəmsal Layihəsi – e-AHİK
“IDDA Awards” Azərbaycanda innovasiyaların təşviqi, startapların yaratdığı texnoloji həllərin tanıdılması və innovativ layihələrin dövlət və özəl sektorda tətbiqinin stimullaşdırılması məqsədi daşıyır. Müsabiqə iştirakçılar üçün tanınma, şəbəkələşmə və yeni tərəfdaşlıqlar qurmaq baxımından mühüm imkanlar yaradır.

Posted 
Dec 19, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All