Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"IDDA Awards" müsabiqəsinə təqdim edilən layihələr ictimai səsverməyə çıxarılıb

İnnovasiya ekosisteminin inkişafına töhfə məqsədilə “IDDA Awards”  müsabiqəsi keçiriləcək - AZƏRTAC

Bu gündən başlayaraq awards.idda.az veb-saytına daxil olub işləri dəyərləndirə, bəyəndiyiniz layihəyə səs verə bilərsiniz. Hər nominasiya üzrə sadəcə bir namizədə səs vermək mümkündür. Sizin seçiminizdən sonra nəticələr ictimaiyyət üçün açıqlanacaq və seçilmiş işlər münsiflər heyətinin səsverməsinə təqdim olunacaq. 

NASA Bennu-dan götürülmüş nümunələr əsasında ilk kəşflərini açıqlayıb

NASA tərəfindən hazırlanmış OSIRIS-REx kosmik gəmisi 2 il 2 ay bir səyahətdən sonra Bennu asteroidinə çatmışdı. NASA OSIRIS-REx 2023-cü ilin sentyabrında asteroiddən toplanan nümunələr ilə birgə Yerə qayıtdı. Məlum olub ki, 4,5 milyard illik asteroiddən götürülən nümunələrdə təkcə “karbon” deyil, “su” da mövcuddur. Bu nümunələr üzərində araşdırmalar davam edəcək və yaxın günlərdə daha ətraflı məlumat veriləcək.

Twitch streamerləri indi bloklanan şəxslərin yayımlarına baxmasının qarşısını ala bilər

The parent's guide to talking about Twitch | Featured News Story | Verizon

Twitch artıq bloklanmış istifadəçilərin həmin streamerlərin yayımlarına baxmasının qarşısını ala biləcək. Ötən aylarda təqdim edilən bu yeni xüsusiyyət ilə Twitch bir çox istifadəçini sevindirdi. Yeni xüsusiyyət yaxın günlərdə bütün yayımçılar üçün əlçatan olacaq. İlkin versiyada isə yayım təkrarları üçün keçərli olmayacaq.

2028-ci ildə smartfonlarda özünü yeniləyən ekran texnologiyası gələ bilər

Smartfonlardan istifadə zamanı ən çox rast gəlinən problemlərdən biri ekranın zədələnməsidir. Ortaya çıxan xəbərlərə görə, bu problemin öz-özünə həll olunmasına çox az qalıb. CCS Insight analitik şirkəti bu yaxınlarda bir hesabat paylaşdı. Hesabatda yer alan məlumata görə, smartfon istehsalçıları 5 il ərzində özünü bərpa edə bilən smartfonlar istehsal edəcək.

Tesla İsrail üçün pulsuz “Supercharger” təklif etməyə başlayıb

Tesla İsraildə yaşayan istifadəçiləri üçün “Supercharger” stansiyalarını pulsuz etməyə qərar verib. Müvafiq olaraq, şirkət istifadəçilərin ölkədəki münaqişə mühitindən asanlıqla uzaqlaşmasını təmin etmək üçün bu yardımı aktivləşdirib. Tesla bu barədə İsraildə yaşayan istifadəçilərinə göndərdiyi mesajda bildirib.

Posted 
Oct 12, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All