Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

“IGNITE” İnkubasiya Proqramının 2-ci dövrü üçün qeydiyyat başlayıb

Proqram vasitəsilə yaradıcı biznes ideyası olan və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən fərdlər və komandalar üçün dəstək göstəriləcək. Üç ay müddətində davam edəcək intensiv proqrama müxtəlif sahələrdən olan startaplar müraciət edə bilər. Yeganə şərt, proqramda iştirak edən komandanın ən azı bir üzvünün ya cari universitet tələbəsi olması ya da son iki ildə məzun olmasıdır.

Proqramda iştirak haqqı qazanan startaplar aşağıdak ıüstünlüklərdən faydalana biləcəklər:

•      UFAZ-ın binasında xüsusi iş sahəsindən istifadə imkanı

•      Təcrübəli sahibkarlar və sənaye ekspertlərindən mentorluq və təlim

•      May ayında keçiriləcək Demo Günündə potensial investorlara öz startaplarını təqdim etmək şansı

•      Proqram müddətində hər komanda üçün 500 AZN-dək maliyyə dəstəyi

•      Ən uğurlu iki startap üçün 5000 AZN ilkin toxuminvestisiya

Əlavə olaraq, ən uğurlu startap təsisçiləri, proqram zamanı irəliləyiş və performansları tələblərə cavab verərsə, Strasburq Universitetinə maraqlı sahibkarlıq səfərinə getmək şansı əldə edəcəklər.

Proqrama müraciət üçün son tarix 25.01.2024-cü ildir. Müraciət üçün linkə buradan daxil ola bilərsiniz.

“IGNITE” İnkubasiya Proqramı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilir.

"WhatsApp"ın rəngini istədiyiniz kimi dəyişə biləcəksiniz

WhatsApp yeni özellik

“WABetaInfo” tərəfindən paylaşılan ekran görüntüsü bizə yeni xüsusiyyət haqqında ilk məlumatları verir. Görünür, "WhatsApp"ın parametrlərində “Appearance" adlı yeni bölmə olacaq. Bu bölmədə "tətbiq rəngi" başlığı altında "WhatsApp"ın dizaynını dəyişdirə biləcəyiniz rəng seçimləri olacaq. Funksiya ilkin olaraq yalnız iOS tətbiqində mövcud olacaq.

"Apple" tezliklə Siri-yə yeni süni intellekt xüsusiyyətləri əlavə edə bilər

Siri can be better: 6 ways Apple can improve the Siri experience

Yeni bir iddiaya görə, "Apple" qarşıdan gələn “WWDC 2024” tədbirində Siri ilə əlaqəli yeni funksiyaları nümayiş etdirməyi planlaşdırır. Elan ediləcəyi gözlənilən yeni süni intellekt xüsusiyyətləri "Apple"ın daxili "Ajax" modelinə əsaslanır və Siri üçün daha çox fərdiləşdirmə və təbii söhbətlər ehtiva edəcək. Qeyd edək ki, hələlik mövzu ilə bağlı dəqiq təfərrüatlar yoxdur.

"Teams" tətbiqi tezliklə "Android Auto"a gələcək

Aracınızdan Görüntülü Görüşmeler Artık Çok Daha Kolay: Teams Yakında Android Auto'ya Ekleniyor!

"Microsoft" Teams tətbiqini "Android Auto"a əlavə etməklə avtomobildə video zənglər etməyi daha da asanlaşdıracaq. Bu o deməkdir ki, avtomobilinizdə "Android Auto" varsa, siz tezliklə video görüşlərə qoşula biləcəksiniz. Tətbiqin gələn ay təqdim edilməsi planlaşdırılsa da, “Microsoft” hələ də dəqiq məlumat verməyib.

30 illik “WordPad” tətbiqi bütün kompüterlərdən silinəcək

“WordPad” proqramı ilk dəfə 1995-ci ildə Windows 95 əməliyyat sistemi ilə təqdim edilmişdi. “Microsoft Write” tətbiqi əvəzinə buraxılan proqram “NotePad” tətbiqindən daha təkmil olsa da, “Microsoft Word” qədər funksiya təqdim etmədi. Bununla belə, növbəti yeniləmədə tətbiqin yüklənməsinin dayandırılacağı bildirilib. Davam edən yeniləmələrdə isə “WordPad” kompüterlərdən silinmiş olacaq.

Posted 
Jan 7, 2024
 in 
 category

Daha çox

 kateqoriyasından

View All
No items found.