Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Azərbaycanın bankçılıq missiyası ABŞ Dövlət Departamentində görüş keçirib

Azərbaycanın bankçılıq missiyası ABŞ Dövlət Departamentində görüş keçirib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərliyi ilə ABŞ-da səfərdə olan bankçılıq missiyası bu ölkənin Dövlət Departamentində ilk görüşünü keçirib. Məlumata görə, görüşdə iki ölkənin nümayəndələri təqdimatlar keçirib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Məlumata görə, görüşdə iki ölkənin nümayəndələri təqdimatlar keçirib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Ayrıca Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun idarə direktoru Mark Kameron ilə ikitərəfli görüş olub. Görüşdə bu səfərin əhəmiyyəti vurğulanaraq iki ölkənin maliyyə sektorları arasında əməkdaşlığın genişləndirilməsinə əhəmiyyətli töhfə verəcəyi qeyd olunub.

“IM LS6” elektromobili artıq Azərbaycanda!

Elektrikli Lüks Kupe SUV “IM LS6” artıq Azərbaycanda! - FOTO

Çinin ən böyük avtomobil istehsalçısı “SAIC Motor”, “Alibaba Group” “Zhangjiang Hi-Tech” şirkətlərinin tərəfdaşlığı ilə istehsal olunan “IM Motors” markalı avtomobillərin rəsmi idxalçısı olan “ONVOLT MMC” Azərbaycanda yeni “IM LS6” elektromobilini təqdim edir.

“IM LS6” 4904 x 1988 x 1669 mm ölçülərə malik elektrik krossoveridir. Konfiqurasiyadan asılı olaraq onun gücü 314-787 at gücünə qədər, məsafə diapazonu isə 560-760 km arasında dəyişir. Avtomobillərə 4 il və ya 100.000 km, batareyaya isə 8 il və ya 200.000 km rəsmi zəmanət verilir. Bu avtomobil “Continental” brendinə aid əyləc sisteminə malikdir və dünyada bir nömrə hesab olunan “CATL” şirkətinin batareyası ilə təchiz olunub.

Yeni – “IM LS6” modeli, artıq istifadəçilər arasında məşhurlaşan “IM LS7” modelindən fərqli olaraq, daha kompakt ölçülərə malikdir və lüks SUV kupe seqmentinə məxsusdur.

“IM LS6”nın “Nappa” dərisi və ağac işləmələri ilə dizayn olunmuş salonu xüsusilə avtomobil həvəskarlarının marağına səbəb olacaq. Bu avtomobili 39 700 ABŞ dollarından başlayan qiymətlərlə əldə edə bilərsiniz.

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğvi təsdiqlənib

Azerbaijan approves visa, trade agreements with Turkey

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğvinə dair saziş ratifikasiya olunub. Bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

"Intel" insan beynini təqlid edən kompüterini təqdim edib

Intel's Hala Point, the world's largest neuromorphic computer, has 1.15  billion neurons | ZDNET

"Intel" insan beynini təqlid etmək üçün hazırlanmış dünyanın ən böyük neyromorfik kompüteri olan “Hala Point”i təqdim edib. Aprelin 17-də təqdim edilən “Hala Point” 1,15 milyard süni neyron və 128 milyard sinapsları təqlid edən 1152 Loihi 2 çipinə malikdir.

"Intel" cihaz fizikası, kompüter arxitekturası və informatika sahəsindəki tətbiqləri hədəf alaraq layihədə Sandia Labs ilə əməkdaşlıq edir. Hazırda bir tədqiqat prototipi olsa da, Hala Point gələcəkdə kommersiya istifadəsi üçün təklif oluna bilər.

Süni intellekt artıq “Google”da axtarış nəticələrinə cavab verəcək

“Google” bir müddətdir ki, axtarış sistemini süni intellektə əsaslanan xüsusiyyətlərlə gücləndirmək üzərində işləyir. SGE (Search Generative Experience) adlı funksiya ilə şirkət istifadəçilərə axtarış sorğularına sürətli və aydın cavablar təqdim edən süni intellekt xülasələri təqdim edəcək.

Posted 
Apr 23, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All