Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

iPhone 15-i kompüter kimi istifadə edə bilərsiniz 

Stephen Robles adlı YouTube kanalı bu mövzuda video paylaşıb. Videoda müxtəlif USB-C portlarından istifadə edilərək iPhone 15 Pro-ya siçan və simsiz klaviatura əlavə edilir. Daha sonra oyun kontrollerləri iPhone 15 Pro cihazına qoşulur. Telefonu bu formada istifadə etmək olar, lakin onu daim kompüter kimi istifadə etmək batareya ömrünü azaldacağı deyilib. 

Süni intellekt aviasiya sahəsində istifadə olunmağa başlayıb

Kokpit

Massaçusets Texnologiya İnstitutunun (MIT) həyata keçirdiyi layihə aviasiya sənayesi üçün innovativ yanaşma təklif edib. İnstituta bağlı Kompüter Elmləri və Süni İntellekt Laboratoriyası (CSAIL) tərəfindən hazırlanmış “Air-Guardian” adlı sistem pilot və təyyarə arasındakı qarşılıqlı əlaqəni təkmilləşdirərək daha etibarlı uçuş təcrübəsi təmin edir. "Air-Guardian" pilotun diqqətini və hərəkətlərini izləmək və mümkün səhvlərin qarşısını almağı hədəfləyir.

Yeni "Call of Duty" təxirə salındı

Call of Duty®: Warzone™ Mobile - Apps on Google Play

“Call of Duty: Warzone Mobile” bu ilin əvvəlində bəzi ölkələrdə sınaqdan keçirilməyə başladı. Qlobal təqdimatın noyabrın 1-də başlaması və bütün dünyada əlçatan olması gözlənilirdi. 2023-cü ildə çıxacağı bildirilən oyunun təxirə salındığı açıqlanıb. Activision sözçüsü, "Oyunu təkmilləşdirməyə davam etmək üçün Warzone Mobile-ın dünya miqyasında təqdimatını 2024-cü ilə köçürmək qərarına gəldik" deyə açıqlama verib.

Microsoft tezliklə öz süni intellekt çipini təqdim edəcək

Microsofts New AI Chip 'Athena' SHOCKS The Entire Industry - YouTube

Microsoft 2019-cu ildən bəri Athena adlı süni intellekt prosessoru üzərində işləyir. Noyabrın 14-17-də Seattleda keçiriləcək "Ignite Conference"da "Athena" təqdim ounacaq. Gələn ay keçiriləcək konfransda Microsoftun süni intellektlə bağlı planlarını aydın şəkildə öyrənəcəyik. Xüsusilə CEO Satya Nadellanın açılış nitqində əhəmiyyətli açıqlamalar verməsi gözlənilir.

Starlink-in rəqibi “Project Kuiper” kosmosa buraxılıb

Amazon's Kuiper gets FCC approval. SpaceX to face competition - The Indian  Wire

Amazon Starlink-ə rəqib olan Kuiper internet şəbəkəsi üçün ilk peyk prototipini kosmosa buraxdı. Peyk sınaqlarına başlayan şirkət bir neçə il ərzində daha 3236 peyk hazırlamaq istəyir. Şirkət Kuiper layihəsinə görə Floridada 120 milyon dollarlıq peyk obyekti tikməyi planlaşdırır. Qeyd olunub ki, həmin obyekt Kuiper peyklərini orbitə yollamazdan əvvəl hazırlamaq üçün istifadə ediləcək.

Posted 
Oct 9, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All