Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

iPhone 15 modellərində səs problemi müşahidə olunub

Buy iPhone 15 Pro and iPhone 15 Pro Max - Apple (IN)

"Apple"ın yeni iPhone 15 modellərində geniş yayılmış səs problemi yaşanıb. Sınaqdan keçirilmiş bir çox cihazda yaşanan bu vəziyyətin "hardware" yoxsa "software" olduğu hələ ki məlum deyim. Bu problem yalnız səsin ciddi şəkildə artırıldığı zaman nəzərə çarpır. Müəyyən videolarda səs təhriflərinin müşahidə edildiyi bildirilsə də, Apple bu mövzuda hələ ki, bir açıqlama verməyib.

Samsung Galaxy S23 FE təqdim edildi

Samsung's Galaxy S23 FE Arrives With Bigger Battery and Larger Screen - CNET

Standart dizaynı olan və 4 fərqli rəngdə satışa çıxarılan telefon, inkişaf etmiş 4 nm prosessorla təchiz edilib. Rəsmi qeydlərə görə, telefon satıldığı bazardan asılı olaraq Snapdragon 8 Gen 1 və ya Exynos 2200 prosessoru ilə təchiz edilib. Hazırda yalnız 8 GB + 128 GB 8 GB + 256 GB versiyalarında mövcud olan model 25 Vt şarj dəstəyi ilə 4500 mAh batareyaya əsaslanır.

“Azersky-2” peyki Azərbaycanda istehsal olunacaq

Azersky-2" satellite to be produced in Azerbaijan

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində "Azərkosmos"“Israel Aerospace Industries” şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, “Azersky-2” proqramı çərçivəsində 2 peyk hazırlanacaq. Bunlar yüksək ayırdetməli elektro-optik sensora malik Yerin məsafədən müşahidə peykləri olacaq. Bildirilib ki, azərbaycanlı mütəxəssislərin əldə etdiyi təcrübə ikinci peykin ölkəmizdə hazırlanmasına imkan verəcək.

"Marvel's Spider-Man 2"nin treyleri yayımlanıb

"Marvel's Spider-Man 2" Insomniac Games tərəfindən hazırlanmış və Sony Interactive Entertainment tərəfindən nəşr olunan macəra oyunudur. Oyun rəsmi olaraq 2021-ci ilin sentyabrında elan edilmişdi. "Marvel's Spider-Man 2"nin PlayStation 5 üçün 20 oktyabr 2023-cü ildə buraxılması planlaşdırılır. Oyunun rəsmi TV reklamı isə dünən yayımlanıb.

Süni intellekt əsaslı "Zoom Docs" təqdim edildi

Zoom Docs: your AI-powered, adaptive workspace | Zoom Blog

"Zoom Docs" adlı yeni xidmət təqdim edildi. İstifadəçilər "Zoom Docs" vasitəsilə öz komandaları ilə əməkdaşlıq edə, süni intellektdən yararlana işlərini sürətləndirə biləcəklər. Proqram tapşırıqların paylanması, işin idarə edilməsi, sənədləşdirmə və bir çox digər proseslər üçün istifadə edilə bilər. Qeyd edək ki, "Zoom Docs" 2024-cü ildə istifadəçilər üçün əlçatan olacaq.

"Spotify" premium abunəçiləri üçün yeni funksiyasını elan etdi

With Audiobooks Launching in the U.S. Today, Spotify Is the Home for All  the Audio You Love — Spotify

Yenilik sayəsində Böyük Britaniya Avstraliyadakı abunəçilər əlavə ödəniş etmədən 150,000-dən çox audiokitabdan ibarət kitabxanaya çıxış əldə edəcəklər. Bu funksiyanın ilin sonunda ABŞ abunəçiləri üçün əlçatan olacağı gözlənilir. Bundan əlavə, abunəçilər audiokitablarına oflayn rejimdə daxil olmaq imkanı əldə edəcəklər. Bu yeni təqdim edilən xüsusiyyət Premium, Duo və Ailə paketlərini əhatə edəcək.

Posted 
Oct 4, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All