İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yerli ekosistem üçün insan kapitalının inkişafı istiqamətində yeni layihə həyata keçirib. Qlobal İnnovasiya İnstitutu və “Code Academy” ilə birgə reallaşdırılan “İnnovasiya Ekosistemi Oyunçularının Fərdi və Şirkət halında Sertifikatlaşdırılması” proqramı uğurla başa çatıb.

Proqram çərçivəsində iştirakçılar innovasiya ekosistemində fərdi və korporativ bacarıqlarını təkmilləşdirib, həmçinin sertifikat əldə ediblər. Layihənin yekun tədbirində proqramın nəticələri və gələcək planlar təqdim ediləcək, iştirakçıların uğur hekayələri paylaşılacaq və yeni təşəbbüs — “Azerbaijan GINI Circle” icmasının ilk şəbəkələşmə görüşü keçiriləcək.

Bağlanış tədbiri 9 oktyabr 2025-ci il tarixində, saat 10:00-dan 12:00-a qədər Azərbaycan İnnovasiya Mərkəzində (Atatürk prospekti 93) baş tutacaq.

Posted 
Oct 8, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All