Filmlərin qiymətləndirilməsi və izləyici rəyləri üzrə məşhur platforma Letterboxd ABŞ-də potensial alıcılarla satış danışıqlarına start verib.
Platformanın əsas səhmdarlarından biri olan Tiny bu prosesdə aktiv rol oynayır və mümkün alıcılarla ilkin müzakirələr aparır.
Danışıqlarda konkret adlar tam təsdiqlənməsə də, Versant və The Ankler kimi tərəflərin də adı çəkilir. Bu isə platformaya media və əyləncə sənayesindən ciddi marağın olduğunu göstərir.

2011-ci ildə yaradılan Letterboxd son illərdə sürətlə böyüyərək təxminən 26 milyon istifadəçiyə çatıb. Platforma istifadəçilərə izlədikləri filmləri qeyd etmək, qiymətləndirmək və rəy yazmaq imkanı təqdim etməklə yanaşı, həm də kino ilə bağlı sosial mühit formalaşdırır.
Daha çox
Biznes
kateqoriyasından
View All



