Netflix-ə yeni funskiya gəlir: " Mənim Netflixim"

Netflix-in bloq səhifəsində dərc edilən açıqlamaya görə, “Yükləmələr” tabı “Mənim Netflixim” tabı ilə əvəz olunacaq. Bu yeni tab əslində Netflix-in interfeysindəki çaşqınlığı aradan qaldıracaq və istifadəçilərə nə izləmək istədiklərinə qərar verməyə kömək edəcək.

Bu xüsusiyyət sayəsində tamaşaçılar izləmək istədikləri bütün serial filmlərə tək bir yerdən asanlıqla daxil ola biləcəklər. Bu yeni tabda əldə edə biləcəyiniz şeylər: Bu yaxınlarda baxılan filmlər TV şouları, endirmələr, treylerlər, xatırlatmalar, bəyənmələr, "İzləməyə davam et" "Siyahım" bölmələri olacaq. Beləliklə, əvvəlcədən qərar verdiyiniz və izləyə bilmədiyiniz şeyləri xatırlamaq daha asan olacaq.

Yeni tab nə vaxt aktiv olacaq?

Mobil istifadəçilər üçün hazırlanmış bu yeni funksiya bu gündən etibarən iOS cihazlarında istifadəyə veriləcək. Android cihazları üçün avqustun əvvəlində bu funksiya əlçatan olacaq. Netflix-in açıqlamasına görə, bu funksiya sayəsində siz izləmək üçün qeyd etdiyiniz və ya endirdiyiniz bir şeyi tez seçə, həmçinin bütün serialları və filmləri yenidən kəşf edə biləcəksiniz. Netflix-i açmağa və nəyə baxmaq istədiyinizə qərar verməyə vaxtınız olmadığı zaman bu tab sizə bələdçi kimi rəhbərlik edəcək.

Bing çatbotu Chrome-dan sonra Safari-yə gəlir

Microsoft Limits Bing AI Chats to 5 Replies to Keep Conversations Normal -  CNET

Süni intellekt çatbotu Bing Google Chrome-dan sonra Safari-yə gəlir. Microsoft sözçüsü bildirib ki, Standart sınaq proseduralarımız tamamlandıqdan sonra daha çox istifadəçiyə girişi təmin edəcəyik. Bununla birgə, hazırda Safari-də Bing çatbotuna daxil ola bilən istifadəçilər var. Lakin hələ ki, bu istifadəçilərin sayı məhduddur.

"X" gələcəkdə rəqəmsal bank xidməti də göstərəcək

Elon Musk muda nome do Twitter para 'X' e rede social vira meme; veja -  Estadão


Şirkətin sahibi Musk Twitter-i aldığı zaman platformanın "hər şeyin tətbiqi" olaraq formalaşmasını planlayırdı. Buraya Twitter-i bank kimi istifadə etmək də daxil idi. Bununla belə, "X" şirkətinin CEO-su Linda Yaccarino işçilərə göndərdiyi mesajla yeni platformanı rəqəmsal bank və ödəniş mərkəzinə çevirmək hədəflərini dilə gətirib.

Linda Yaccarino bildirib ki,


"Platforma hazırda ən yüksək səviyyədədir və biz bütün cəmiyyətimizi səs, video, mesajlaşma, ödənişlər, bankçılıq kimi yeni təcrübələrlə sevindirməyə davam edəcəyik".

Köhnə loqonun Twitter ilə vidalaşmağı yarım qaldı. Polis dayandırdı!

Elon Musk Twitter-in baş qərargah binasındakı köhnə Twitter loqosunun götürülməsi ilə bağlı hərəkətə keçdi. Çağırılan kranla binanın çöl hissəsindəki loqonun götürülməsi istənilib. Lakin bu cəhd polisin müdaxiləsi ilə nəticələnib. Proses yarımçıq qalanda isə binanın ön hissəsində yalnız “er” ifadəsi qalıb.

Twitter HQ Sign Just Says 'Er' After Police Interrupt Rebranding

Bəs onda nə baş verdi ki, Elon Musk və ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları üz-üzə gəldilər? Loqonun götürülməsi niyə dayandırıldı?

Polisin Twitter-in qərargahına niyə gəlməsi ilə bağlı dəqiq izahat verilməyib. Lakin San-Fransisko yerli mətbuatı ilə hüquq-mühafizə orqanları arasındakı söhbətə görə, məsələnin mahiyyəti küçələrin icazəsiz bağlanması olub. Hüquq-mühafizə orqanlarının əməkdaşlarından əldə edilən məlumata görə, kran icazə almadan yolu bağlayıb. Digər tərəfdən, Twitter loqosunun götürüləcəyi ilə bağlı mülk sahibinə xəbər verilməməsi də hüquq-mühafizə orqanlarının açıqlamaları arasında yer alıb.

Musk-dan mövzu ilə bağlı heç bir açıqlama gəlməyib. Bununla belə, problemin qısa müddətdə həll olunacağı gözlənilir. Elon Musk və komandası həm kran üçün icazə aldıqdan, həm də əmlak sahibini məlumatlandırdıqdan sonra loqonun sökülməsininin tamamlanması gözlənilir.

Vision Pro dövrü başlayır!

Ignore Apple Vision Pro: Something Cheaper Is Coming From Apple, Report Says

Apple yeni "visionOS" VR eynəkləri ilə bütün oyun və proqram tərtibatçılarına qapılarını açdı. Şirkət elan etdi ki, tərtibatçılar artıq Vision Pro qulaqlıqları üçün şirkətin veb saytı vasitəsilə müraciət edə bilərlər. Vision Pro qulaqlığı ilə yanaşı, tərtibatçı dəstinə həmçinin cihazın quraşdırılması ilə bağlı yardım, "visionOS" üçün proqram dizaynı və inkişafı üzrə Apple mütəxəssisləri ilə "yoxlamalar" daxildir.

Apple həmçinin Cupertino, London, Münhen, Şanxay, Sinqapur Tokio-da Vision Pro tərtibatçı laboratoriyalarını tərtib edir. Apple həmçinin tərtibatçılara proqramlarının "visionOS" üçün hazır olduğundan əmin olmaq üçün uyğunluq yoxlama siyahısını dərc edib. Apple Vision Pro-nun başlanğıc qiyməti 3499 ABŞ $-ı olacaq və gələn ilin əvvəlində ABŞ-da satışa çıxarılacaq.

Posted 
Jul 25, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All