Azərbaycan kosmik texnologiya liderlərinin yetişdirilməsi üçün yeni təlimə start verilir. Agentlik, Israel Aerospace Industries (IAI), Azərkosmos və İsrailin Holon Texnologiya İnstitutunun dəstəyi ilə 7 həftəlik intensiv proqram təşkil olunur.
Proqram 4 həftəlik “İnnovasiya və sahibkarlıq” təlimləri və 3 həftəlik “Peyk innovasiyaları və tətbiqləri” modulundan ibarətdir. Seçim mərhələsini keçənlər üçün proqram tam ödənişsizdir və iştirakçılara beynəlxalq sertifikat alınması, real layihələr üzərində işləmə və ekspertlərlə təcrübə toplama şansı təqdim edir.
2026-cı ildə inkubasiya və akselerasiya mərhələlərində iştirak imkanları olacaq. Proqram STEM və İT sahələrində ali təhsil müəssisələrinin yüksək nəticəli məzunları və ya son kurs tələbələri, iş təcrübəsi 1-5 il arasında olan gənc mütəxəssislər, texnologiyaya marağı olan şəxslər və yüksək səviyyəli ingilis dili biliklərinə malik olanlar üçün nəzərdə tutulub.