Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Kosmosda 371 gün: NASA astronavtı rekord qırdı

NASA's Frank Rubio returns home from space station | CNN

NASA astronavtı Frank Rubio və 2 rus kosmonavtının Beynəlxalq Kosmik Stansiyada (ISS) missiyası başa çatıb. Kosmik agentliyi Rubio və 2 kosmonavtın uğurla Yerə qayıtdığını elan edib. Frenk Rubio 371 gün kosmosda qalaraq amerikalı astronavtlar arasında kosmosda ən uzun müddət qalma rekordunu qırıb. Frank Rubio kosmosda olduğu müddətdə Yer ətrafında 5936 dəfə dövr edib. Digər tərəfdən, o, 15 fərqli kosmik gəminin “ISS”i ziyarət etməsinə şahidlik edib.

PlayStation rəhbəri vəzifəsindən istefa verdi

PlayStation CEO Jim Ryan will leave Sony in 2024

PlayStation-ın prezidenti və Sony-nin baş direktoru Jim Ryan vəzifəsini tərk edir. Jim Ryan ayrılma səbəbini belə açıqlayıb: "30 ildən sonra mən 2024-cü ilin martında təqaüdə çıxmaq qərarına gəldim. Xüsusi bir şirkətdə, böyük insanlar və inanılmaz tərəfdaşlarla işləyərək sevdiyim işi görmək fürsətindən həzz aldım. PlayStation həmişə həyatımın bir parçası olacaq və özümü gələcəklə bağlı həmişəkindən daha optimist hiss edirəm".

"Vivaldi" brauzeri iPhone və iPad üçün istifadəyə verildi

Android və masaüstü versiyadan sonra iPhone iPad-ə gələn brauzer Vivaldi insanlara daha güclü alternativ təklif edir. "Tab Bar" adlanan üst nişanı ilə mobil telefonda masaüstünə bənzər tab idarəetməsini gətirən brauzer üçün belə bir bəyanat verilib: "İstifadəçilər "Vivaldi"nin güclü xüsusiyyətləri və unikal fərdiləşdirmə imkanları ilə internetdə gəzərkən yüksək səviyyəli təcrübəni sınaya biləcəklər".

"Paint"ə DALL-E inteqrasiyası gələcək

Microsoft rəsmi bloqunda Paint-ə DALL-E süni intellekt inteqrasiyasını gətirəcəyini açıqladı. Microsoft həmçinin DALL-E vasitəsilə edilən sorğularda uyğun olmayan sözlərin istifadə edilməsinin qarşısını almaq üçün tədbirlər gördüyünü açıqlayıb. Lakin bu tədbirin nə dərəcədə effektiv olduğunu hələ bilmirik. Yeni süni intellekt “Paint Cocreator” yalnız "Windows 11 Insider" istifadəçiləri üçün əlçatan olacaq.

Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün portal yaradılıb

Bu barədə Prezident Administrasiyası məlumat yayıb.Bildirilib ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilkin qeydiyyata alınmaq üçün könüllü şəkildə reintegration.gov.az portalına və ya aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərlər:

Telefon nömrəsi: +994 12 526 09 19

WhatsApp nömrəsi: +994 70 527 09 19

Elektron poçt ünvanı: info@reintegration.gov.az

Bundan başqa, yaxın zamanda müraciətlərin yerlərdə qəbulu təşkil ediləcək.

Posted 
Sep 28, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All