M
eksika hökuməti "Google" şirkətini "Meksika körfəzi" yerinə "Amerika körfəzi" ifadəsini istifadə etdiyinə görə beynəlxalq məhkəməyə verib. Prezident Claudia Sheinbaum bu ad dəyişikliyinin ölkənin suverenliyinə təhdid olduğunu bildirib.

Meksika bu məsələ ilə bağlı daha əvvəl Google-a rəsmi müraciət etsə də, şirkət adın dəyişdirilməyəcəyini açıqlayıb. Ad dəyişikliyinin ABŞ prezidenti Donald Trump-ın göstərişi ilə başladığı və bu dəyişiklik üçün Konqresdə qanun layihəsinin qəbul edildiyi bildirilir.
Daha çox
Daily
kateqoriyasından
View All