Azərbaycan Mərkəzi Bankı qərarına əsasən, 4 mart 2026-cı ildən AniPay mobil tətbiqi və anipay.az saytı fəaliyyətini dayandırır.
Məqsəd rəqəmsal ödəniş bazarında rəqabətin genişləndirilməsi və yeni ödəniş xidmətlərinin inkişafıdır. Qərardan sonra AniPay xidmətlərinin analoqu olan funksiyalar bankların mobil tətbiqlərində davam etdiriləcək. İstifadəçilər rəqəmsal ödəniş əməliyyatlarını digər maliyyə platformaları vasitəsilə həyata keçirə biləcəklər.
Mərkəzi Bank bu addımın rəqəmsal ödəniş ekosistemində innovasiyaları və sağlam rəqabəti gücləndirəcəyini bildirib.



