Mərkəzi Bank rəqəmsal ödəniş ekosistemində təhlükəsizliyin artırılması və fırıldaqçılıq hallarının qarşısının alınması məqsədilə yeni məcburi standartların tətbiqinə hazırlaşır.

Qurumun planına əsasən, gələn ildən bütün banklar və ödəniş təşkilatları üçün kart əməliyyatları və rəqəmsal ödəniş infrastrukturu üzrə vahid kibertəhlükəsizlik tələbləri qüvvəyə minəcək.

Yeni tənzimləmələrin əsas hissəsini beynəlxalq PCI DSS (Payment Card Industry Data Security Standard) standartına uyğunluğun məcburi illik sertifikatlaşdırılması təşkil edir. Bu tələb həm prosessinq mərkəzləri olan banklara, həm də öz ödəniş infrastrukturunu xarici və ya daxili tərəfdaşlar vasitəsilə idarə edən bank və ödəniş təşkilatlarına şamil ediləcək. Məqsəd kart məlumatlarının emalı və saxlanması zamanı risklərin minimuma endirilməsidir.

Bununla yanaşı, rəqəmsal əməliyyatlarda kibertəhlükəsizlik nəzarətinin gücləndirilməsi, şübhəli əməliyyatların daha operativ aşkarlanması və fırıldaqçılıq hallarına qarşı real vaxt rejimində müdaxilə imkanlarının yaradılması planlaşdırılır. Banklar üçün əməliyyat monitorinq sistemlərinin təkmilləşdirilməsi və risk əsaslı yanaşmanın tətbiqi də yeni tələblər sırasında yer alır.

Layihəyə əsasən, KYC (Know Your Customer) və digər identifikasiya sistemlərində məlumat uyğunsuzluğu aşkarlandıqda, sistemlər avtomatik düzəliş mexanizmləri vasitəsilə məlumatların sinxronlaşdırılmasını təmin edəcək. Eyni zamanda istifadəçilərə və maliyyə qurumlarına uyğunsuzluq barədə dərhal bildiriş göndərilməsi nəzərdə tutulur.

Posted 
Jun 4, 2026
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All