Meta-da 15 min nəfəri işdən çıxara bilər.

Reuters-in məlumatına görə, Meta şirkəti işçilərinin 20%-ni və ya daha çoxunu əhatə edə biləcək genişmiqyaslı ixtisarları nəzərdən keçirir. Şirkətdə hazırda təxminən 79 min nəfər çalışır. Bildirilir ki, bu addım süni intellekt infrastrukturu, AI sahəsində satınalmalar və yeni işə qəbullar üçün artan xərcləri balanslaşdırmaq məqsədi daşıyır.

Meta isə xəbəri hələlik təsdiqləməyib. Şirkət nümayəndəsi bu məlumatı “spekulyativ xəbər” adlandırıb. Meta sonuncu dəfə bu miqyasda ixtisarlara 2022 və 2023-cü illərdə gedib. O zaman ümumilikdə 21 min nəfər işdən çıxarılıb.

Posted 
Mar 16, 2026
 in 
Biznes
 category

Daha çox

Biznes

 kateqoriyasından

View All