Meta “Meta Compute” adı altında nəhəng AI infrastrukturu planını açıqladı.

Meta Platforms “Meta Compute” adlı yeni təşəbbüsü rəsmi elan edərək süni intellekt sahəsində hesablama və data mərkəzi infrastrukturunu kəskin genişləndirməyi hədəflədiyini açıqlayıb. Bu təşəbbüs çərçivəsində şirkət bu onillikdə onlarla gigavatlıq AI hesablama gücü yaratmağı, daha uzun müddətdə isə bu göstəricini yüzlərlə gigavata qədər artırmağı planlaşdırır — bu, kiçik ölkə və ya şəhər səviyyəsində enerji tələbini əhatə edən miqyasdır.

Yeni təşəbbüs Meta-nın qlobal data mərkəzlərinin, şəbəkə infrastrukturlarının, özünəməxsus çiplərin və digər texnoloji təməl layihələrinin daha sistemli şəkildə idarə olunmasını təmin edəcək. Meta Compute layihəsini qlobal infrastruktur rəhbəri Santosh Janardhan və strateji planlaşdırma üzrə ekspert Daniel Gross birlikdə aparacaq, həmçinin yeni təyin olunmuş prezident və vitse-sədər Dina Powell McCormick-in də bu işdə rolu olacaq.

Posted 
Jan 13, 2026
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All