Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Metroda gediş haqqı tariflərini təsdiqləmək səlahiyyəti RİNN-ə verilib

Ötən il Bakı Metropoliteni 90 milyondan çox sərnişin daşıyıb | Bakuplus.az
“Metroda gediş haqqı tariflərini təsdiqləmək səlahiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib”.

Bunu AZƏRTAC-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib. O xatırladıb ki, sentyabrın 2-də Prezident “Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Fərmanı imzalayıb.

Bu sənədlə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilib. Edilən bir dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini qurum həyata keçirir.

Sədr müavininin sözlərinə görə, dəyişikliyə uyğun olaraq, müvafiq sahədə qanunla müəyyən edilmiş hallarda tarifləri və xidmət haqlarını, habelə Nazirlər Kabinetinin təsdiq etdiyi qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında nəzərdə tutulan tarifləri iqtisadiyyat və maliyyə nazirliklərinin rəyi nəzərə alınmaqla, təsdiq etmək səlahiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.

"The New York Times" süni intellekt redaktoru axtarır

How The New York Times Book Review Evolved Over 125 Years - The New York  Times

Təkcə ABŞ-da gündə 740 min nüsxə çap edən və dünya üzrə 8,5 milyondan çox ödənişli abunəçisi olan “New York Times” qəzeti bir elanda süni intellekt redaktoru axtardığını açıqlayıb. Şirkət süni intellekt redaktoruna illik 220 min dollar maaş verəcəyini bildirib. Süni intellekt redaktoru üçün jurnalistika təcrübəsi və süni intellekt modelləri haqqında məlumatlı olmaq tələb olunur.

Turan tətbiqi digər türk dövlətləri üçün də əlçatan olub

Turan - Türk Dünyasının maliyyə tətbiqi!

Turan tətbiqi Azərbaycandan sonra digər türk dövlətlərini də rəqəmsal pul köçürmələri şəbəkəsinə əlavə edib. Artıq Turan istifadəçiləri Azərbaycanın bütün banklarına, həmçinin Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası Özbəkistana komissiyasız pul köçürmələri edə bilərlər.

Bitcoin blokçeynində Atatürkün sözləri həkk olunub 

Türkiye, kripto paraya kapıları tamamen kapattı mı? - 22.09.2021, Sputnik  Türkiye

Uzmancoin Swan ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən işlərlə 29 oktyabr saat 19:15-də 814.398 nömrəli blokda ingilis və türk dillərində “UC & Swan” imzası ilə bu mesaj yerləşdirilib:

“Peace at Home, Peace in the World - Atatürk Happy 100th Anniversary!” və “Yurtta Barış, Dünyada Barış - Atatürk 100. Yılımız Kutlu Olsun!”.

WeChat və Kaspersky Kanada hökuməti cihazlarında qadağan edilib

How to Block Someone on WeChat in 2023 | Block a person on WeChat

Kanada təhlükəsizlik səbəbi ilə Çin sosial media tətbiqi WeChat və Rusiyanın kibertəhlükəsizlik şirkəti Kaspersky proqramlarının hökumət mobil cihazlarında istifadəsini qadağan edib. Kanada Xəzinədarlıq İdarəsinin prezidenti Anita Anand bildirib: "Kanada hökuməti hökumət məlumatlarının məxfiliyini və qorunmasını təmin etmək üçün daim informasiya sistemlərini və şəbəkələrini qorumaq üçün çalışır".

NASA insan əlinə bənzəyən ulduzun görüntüsünü paylaşıb

Əl skeletinə bənzəyən ölü bir ulduzun geridə qoyduğu elektromaqnit izi NASA-nın rentgen kosmik teleskopları tərəfindən çəkilib. NASA-nın yeni rentgen teleskopu X-ray Polometr Explorer (IXPE) 17 gün ərzində MSH 15-52-ni müşahidə edib. Bu müşahidə prosesi nəticəsində dumanlıqdakı elektromaqnit sahələrinin necə formalaşdığı ortaya çıxıb.

Posted 
Nov 1, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All