Milli Məclisdə müzakirə olunan yeni qanun layihəsi mopedlərin istifadəsi və idarə olunması ilə bağlı tənzimləmələrin gücləndirilməsini nəzərdə tutur.
Layihəyə əsasən, mopedlər üçün texniki baxış, dövlət qeydiyyatı, nömrə nişanlarının verilməsi və sürücülük vəsiqəsi imtahanı üzrə yeni dövlət rüsumlarının tətbiqi planlaşdırılır.
Təklif olunan dəyişikliklərə görə, mopedlərin texniki baxışı üçün 15 manat, dövlət qeydiyyatı üçün 10 manat, sürücülük vəsiqəsi imtahanında iştirak üçün isə 40 manat rüsum müəyyən edilməsi nəzərdə tutulur. Bu ödənişlərin məqsədinin nəqliyyat vasitələrinin təhlükəsiz istismarını təmin etmək və idarəetmə sistemində daha şəffaf mexanizm formalaşdırmaq olduğu bildirilir.
Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, mopedlərin də digər nəqliyyat vasitələri kimi rəsmi uçota alınması və onların yol hərəkəti sisteminə inteqrasiyasının daha ciddi qaydalarla tənzimlənməsi gözlənilir. Yeni qaydaların həm yol təhlükəsizliyini artırması, həm də şəhər daxilində bu nəqliyyat vasitələrinin istifadəsini sistemləşdirməsi hədəflənir.



