Təhsildə Araşdırma və İnkişaf Mərkəzi (TAİM) MİQ və sertifikasiya imtahanlarına hazırlaşan müəllimlər üçün süni intellekt əsaslı platformanı təqdim edib.
Platforma müəllimlərin bilik səviyyəsini avtomatik analiz edir, fərdi tədris marşrutu qurur, sınaq imtahanları təşkil edir və “Mr. Taim” adlı ağıllı çatbot vasitəsilə real vaxt dəstəyi göstərir.
Layihənin məqsədi müəllim hazırlığını daha çevik, adaptiv və əlçatan etməkdir. Platforma ilkin mərhələdə ödənişsiz sınaq imkanı da təqdim edir.



