Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar

Naxçıvanda ictimai nəqliyyat üçün bank kartları ilə ödəniş etmək mümkün olacaq

Bunu Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikasındakı idarə rəisi Elçin Əliyev bildirib. Naxçıvanda ilk dəfə pilot layihə çərçivəsində ictimai nəqliyyatda bank kartı ilə təmassız, təhlükəsiz ödəniş tətbiq edilir. Bununla da, sərnişinin əlavə kart almasına ehtiyac qalmır. Qeyd edək ki, hazırda Naxçıvanda 67 avtobus fəaliyyət göstərir.

SpaceX-dən innovativ peyk əsaslı mobil şəbəkə xidməti!

New Starlink webpage highlights upcoming 'Direct to Cell' service

Şirkət peyk vasitəsilə smartfonlara mobil rabitəni təmin etmək məqsədi daşıyan “Starlink Direct to Cell” adlı yeni xidməti üçün tanıtım veb səhifəsi yaradıb. SpaceX tərəfindən edilən açıqlamada Direct to Cell-in səmanı aydın görə bildikləri müddətcə mövcud LTE telefonları ilə problemsiz işləyəcəyi vurğulanır.

Turkcell-in yeni baş direktoru Dr. Ali Taha Koç olub 

Turkcell'in yeni genel müdürü belli oldu (Ali Taha Koç kimdir?) - Son  Dakika Ekonomi Haberleri | Ntv Para

Son həftələrdə Murat Erkanın Turkcell-dəki yerinə Bülent Aksu keçdi, lakin Aksunun baş direktor vəzifəsi 10 gündən sonra bitdi. Paylaşılan məlumata görə, Turkcell-in baş direktoru vəzifəsinə Dr. Ali Taha Koç gəlib. İdarə heyətinin qərarı ilə təyinatı təsdiqlənən Dr. Ali Taha Koç bu gündən vəzifəsinə başlayıb.

OpenAI 1 milyard dollarlıq gəlir həddini asanlıqla keçəcək

OpenAI's Mission to Benefit Humanity Now Includes Seeking Profit

Ötən il cəmi 28 milyon dollar gəlir əldə edən OpenAI bu ili təxminən 1,3 milyard dollar gəlirlə bağlayacaq. İnkişaf etdirdiyi ChatGPT sistemini işlək saxlamaq üçün hər gün 700 min dollar (server xərcləri) xərclədiyi iddia edilən OpenAI məhsuldar süni intellektdən pul qazanmaq üçün sistemlər və kommersiya paketləri üzərində işlər görür.

Google-da Dall-E-yə bənzər süni intellekt şəkilləri yarada biləcəksiniz 

Google Search Generative Experience (SGE) alətlərini genişləndirərək axtarış sisteminə yeni seçimlər əlavə etməyə başlayıb. Yeni funksiyadan istifadə etdikdə standart axtarış ekranında AI tərəfindən yaradılmış bir neçə fotoşəkil görünəcək. Məsələn, “səhər yeməyi hazırlayan kapibara” axtarışında bu heyvanın aşpaz kimi fəaliyyət göstərdiyi görüntülər ortaya çıxacaq.

Posted 
Oct 13, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All