E

lon Musk-ın çoxdankı arzusu, deyəsən, ürəyində qalmayacaq. O, Çində inanılmaz dərəcədə uğurlu olan “WeChat”a rəqib ola biləcək “Everything App” üzərində işəgötürmələrə başlayıb. Bu proqram vasitəsilə istifadəçilər təməl sosial media ehtiyaclarını qarşılayacaqlar, məsələn, ərzaq məhsulları ala, taksi çağıra, dostlara mesaj göndərə və sair tələbləri yerinə yetirə biləcəklər.

“Twitter” bu nəhəng vəzifəni öhdəsinə götürmək üçün işəgötürmə prosesinə başlayıb. Bu barədə “Twitter Daily News”da yeni vəzifələr üçün reklam verən “X Corp.” menecerlərinin tvitləri görünüb. Yeni istedadların axtarışı ilə yanaşı, “X Corp.”, həmçinin “Everything App” üçün başqa addımlar da atmaqdadır. Bunlardan ən maraqlısı hələ ki, “Laskie” həmləsi hesab olunur. Qeyd edək ki, bu tətbiq hələ yola yeni başlayır və ABŞ-dən başqa digər ölkələrdə də nə vaxt istifadəyə veriləcəyi maraq doğurur.

Əcəb işdir, Apple Emergency SOS bir daha həyat xilas etdi

Apple announces satellite emergency SOS feature for iPhone 14 | CNN Business

“Apple Emergeny SOS” bir qrup alpinistin həyatını xilas edib. Ötən günlərdə bir ailənin həyatda qalmasını təmin edən sistem, bu dəfə bir qrup alpinisti sevindirib. Alpinistlərin xilas edildiyi yerin yaxınlığında yalnız bir yaşayış məntəqəsi olub, o da Ventura. Buranın şerifi açıqlamasında yürüş komandasında olan insanların çoxunun bu fəaliyyətə hazır olmadığını, üstəlik kifayət qədər ləvazimatlarının olmadığını da bildirib.

Apple Emergency SOS necə işləyir?
iPhone Emergency Calls: How to Use Apple SOS

“Apple”ın yerli fövqəladə hallar qruplarınıbirbaşa xəbərdar etməsinə imkan verən bu funksiya hazırda bir çox ölkədə aktivdir. Xidmətə zəng etdiyiniz zaman o, zənginizi birbaşa təcili yardım qrupları ilə əlaqələndirir. Telefon şəbəkəsinin olmadığı bir ərazidəsinizsə, iPhone 14 ilə gələn birbaşa peyk əlaqəsindən yararlana bilərsiniz. Hazırda orbitdə olan “Apple”peykinə qoşulan “iPhone 14” heç bir şəbəkə və ya mobil məlumatdan istifadə etmədən təcili yardım qrupları ilə əlaqə saxlayır. Bu xüsusiyyətə görə ona cib telefonuna inteqrasiya olunmuş kiçik peyk telefonu adını verə bilərik. Qeyd edək ki, sözügedən xidmət Azərbaycanda aktiv deyil.

Nə yaxşı! WhatsApp bu özəlliyi tezliklə yayımlayacaq

WhatsApp, resmi sticker'a çevirme özelliğini test ediyor!

Düz 13 il əvvəl istifadəyə verilən “WhatsApp” tətbiqi hər gün yeni funksiyalarla yenilənməyə davam edir. Son zamanlar istifadəçilərin istəklərinə önəm verən şirkət WhatsApp-da şəklin stikerə çevrilməsi funksiyasını test edir. Bu günə qədər stiker hazırlamaq üçün istifadəçilər digər tətbiqlərə üz tuturdularsa, daha buna ehtiyac olmayacaq. WhatsApp-ın şəkli stikerə çevirmə funksiyası iOS 23.10.0.74 yeniləməsi ilə iPhone-lar üçün əlçatandır. Hazırda bu özəlliyi yalnız məhdud istifadəçilər sınaqdan keçirə bilirlər. Yeni özəlliyin yaxın gələcəkdə hər kəs üçün əlçatan olacağı gözlənilir.

WhatsApp Begins Beta Testing Android Tablet Support, iOS Testers Get  'Search by Date' Feature | Technology News

Xatırladaq ki, bu funksiya artıq “WhatsApp Web”“Desktop”da mövcuddur. Bunlardan başqa, “WhatApp” Android versiya üçün yeni mesaj menyusu dizaynı üzərində işləyir. Tətbiqin hazırkı versiyasında mesajın üzərində sıxıb saxladıqda, reaksiyalar üçün emojilərin siyahısı olduğu halda, Beta versiyada sınaqdan keçirilmiş dizaynda emojilərlə yanaşı, silmə və yönləndirmə kimi funksiyalar da yer alır. Yeni interfeysin yaxın gələcəkdə hər kəs üçün əlçatan olacağı gözlənilir.

Tezliklə Apple da “ChatGPT”yə rəqib olacaq

Ahead of WWDC 2023, Apple reveals AI booster shot for Siri and iOS,  announces hiring drive | Tech News

Platformalarda süni intellekt vasitələri, xüsusilə “ChatGPT” geniş vüsət aldıqca yeni məhsullar da bu minvalla inkişaf edir. İndi də “Apple”ın yeni süni intellekt modelini işləyib-hazırlayacağı ilə bağlı xəbərlər gündəmdədir. “The Wall Street” yazıb ki, “Apple” süni intellekt departamentini genişləndirir. Xəbərdə təkcə may ayında 28 yeni işçinin işə götürüldüyü bildirilir. “AI” dünyasında son zamanların ulduzu “ChatGPT”nin artıq iOS platformasında mövcud olduğunu bilirik. Digər tərəfdən, “Apple” ChatGPT-yə qarşı ehtiyatını da əldən vermir. Belə ki, bu yaxınlarda korporativ mühitdə süni intellekt sistemlərinin istifadəsini məhdudlaşdıran JP Morgan, VerizonAmazon kimi şirkətlər arasında “Apple” da yer alıb. ABŞ-nin texnologiya nəhəngi məxfi məlumatların sıza biləcəyini əsas gətirərək işçilərinin “ChatGPT” kimi süni intellekt vasitələrindən istifadəsini məhdudlaşdırıb.

G7 ölkələri dəyirmi masada. Mövzu yenə də süni intellektdir

G7 calls for 'responsible' use of generative AI | The Manila Times

Bu yaxınlarda Yaponiyada görüşən G7 ölkələrinin liderləri məhsuldar süni intellekt modelləri barədə bir sıra qaydaların tətbiqinin zəruriliyindən danışıblar. Narahatlıqların aradan qaldırılması üçün birgə bəyanatla çıxış edən G7 ölkələrinin “Hiroshima Process”i başladacaqları məlum olub. Bu saziş ortaq dəyərlərə əsaslanan qlobal standartların yaradılmasına xidmət edəcək. Yaponiyanın Baş naziri Fumio Kishida süni intellektin inkişafında insan mərkəzli yanaşmanın vacibliyindən bəhs edib. O, bu məsələ ilə bağlı qlobal səviyyədə məlumat mübadiləsi üçün çağırışa səsləyib. Kishida, həmçinin süni intellektin zərərli məqsədlər və ya yalan məlumatlar üçün istifadəsinin qarşısını almaq üçün maliyyə dəstəyinin vacibliyini də vurğulayıb. 

Intel, ya AMD? Dünyanın ən güclü superkompüterləri bilindi

AMD Frontier

Bu, “Intel”in ilk 500-lükdə daha çox superkompüterə sahib olduğunu göstərən, həmçinin “AMD”nin də zirvələrdə yer aldığını aşkar nümayiş etdirən bir göstəricidir. Dünyanın 500 ən sürətli superkompüter sistemindən 121-i “AMD”nin olduğu halda, onların sayı da illik müqayisədə 29 % artıb. Paylaşılan məlumatlar dünyanın ən sürətli superkompüterinin “AMD Frontier” olduğunu ortaya qoydu. Performans dəyəri 1194 exaflops olan superkompüter təkcə sürəti ilə deyil, həm də məhsuldarlığı ilə diqqət çəkib.

El Capitan süper bilgisayar

AMD Frontier “Green 500” adlandırılan və dünyanın ən məhsuldar superkompüterləri siyahısında 2-ci yerə layiq görülüb. TOP500 siyahısında olan superkompüterlərin böyük əksəriyyəti “Intel”in modelləridir. Bununla belə, bu il ilk dəfə siyahıya daxil olmağı bacaran 44 superkompüterdən 21-i “AMD”yə məxsusdur. Bütün bu statistikalar göstərir ki, “AMD” sürətlənmə baxımından həm TOP500, həm də “Green 500”də Intel-dən üstündür. Bunu da qeyd etmədən keçməyək. “AMD” həm də süni intellekt ölçmələrinin aparıldığı HLP-MXP testlərində dünyada ən yaxşı mövqedədir.

İsveçdə elektrik avtomobillərini enerji ilə təmin edən magistral yol

Sweden To Open World's First Permanently Electrified Road For EV Charging  On The Move In 2025 | Carscoops

“Elektrikli yol” şütüyən nəqliyyat vasitələrini enerji ilə təmin edə biləcək. Məqsəd yükləmə stansiyalarına olan sıxlığı azaltmaqdır. Layihəyə İsveçin nəqliyyat idarəsi “Trafikverket” rəhbərlik edir. Qurum hazırda elektrik avtomobil sürücülərinin həyatını asanlaşdırmaq üçün bu tipli bir çox yol variantları üzərində işləyir. Bunlardan 1-cisi elektrik xətlərini havadan çəkərək, enerjini avtomobilin altında yerləşən keçirici kollektora ötürməkdir. Daha ətraflı desək, tramvaylarda olduğu kimi hava elektrik xətləri vasitəsilə nəqliyyat vasitələrinə enerji verə bilən və ya nəqliyyat vasitəsinin altındakı keçirici qəbuledici vasitəsilə onlara enerji ötürə bilən elektrikləşdirilmiş relslərlə təchiz oluna bilərlər. Başqa bir seçim, yola daxil edilmiş elektromaqnit rulonların batareyanı doldurduğu induktiv sistemdir.
Bu yeni texnologiyanın tətbiqi təkcə avtomobillərin yükləmə problemini aradan qaldırmayacaq. Eyni zamanda, benzinlə işləyən ağır yük maşınlarından istifadə edən şirkətlərin elektrik alternativlərinə keçməsinə nail olunacaq. Yeni magistralın 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Posted 
May 22, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All