Netflix Ben Affleck-in süni intellektfilm texnologiyası şirkətini satın aldı.
Netflix aktyor Ben Affleck tərəfindən yaradılan InterPositive adlı süni intellekt əsaslı film texnologiyası şirkətini satın aldığını açıqlayıb. Şirkətin hazırladığı AI alətləri post-produksiya mərhələsində rejissorlara kömək edir. Bu texnologiya rəng tənzimlənməsi, vizual effektlərin tətbiqi və kadrların yenidən formatlanması kimi prosesləri sürətləndirir.
Sistem filmləri sıfırdan yaratmaq üçün deyil, mövcud görüntüləri daha keyfiyyətli və peşəkar şəkildə təkmilləşdirmək üçün hazırlanıb. Razılaşmanın maliyyə detalları açıqlanmayıb. Müqaviləyə əsasən Ben Affleck Netflix-də baş məsləhətçi kimi fəaliyyət göstərəcək.



