"INMerge Innovation Summit 2025” sammiti 29–30 sentyabr tarixlərində Bakı Konvensiya Mərkəzində keçiriləcək.

Netflix-in həmtəsisçisi Marc Randolph, OpenAI-nin keçmiş “Go-to-Market” rəhbəri Zack Hass və Pixar-ın həmtəsisçisi Ed Catmull kimi dünya şöhrətli texnoloji liderlər tədbirdə spiker kimi çıxış edəcək.

Sammit korporasiyalar, startaplar və investorlar arasında əməkdaşlıq əlaqələrinin qurulmasını, innovativ fikirlərin bölüşdürülməsini və Azərbaycanda innovasiya ekosisteminin beynəlxalq səviyyədə tanınmasının gücləndirilməsini hədəfləyir.

Posted 
Sep 12, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All