Nvidia-nın bu şirkətlərə etdiyi investisiyalar sonuncu olacaq.
Jensen Huang bildirib ki, şirkət gələcəkdə OpenAI və Anthropic kimi süni intellekt şirkətlərinə əlavə investisiya etməyə bilər. Buna səbəb kimi hər iki şirkətin yaxın zamanda birja çıxışı planları göstərilir.

Huang qeyd edib ki, əvvəlki investisiyalar AI ekosistemini gücləndirmək məqsədi daşıyırdı. Lakin analitiklər dairəvi maliyyə əlaqələri və şirkətlərin NVIDIA çiplərinə böyük tələbatı kimi faktorların da bu qərara təsir edə biləcəyini düşünür.
Nvidia əvvəlcə OpenAI-a 100 milyard dollara qədər investisiya planlaşdırsa da, son mərhələdə bu məbləğ təxminən 30 milyard dollar olub.
Daha çox
İnvestisiya
kateqoriyasından
View All



