Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Meta" səsli tərcümələri daha təbii və real vaxt rejimində edəcək

"Meta" son zamanlarda süni intellekt ilə bağlı işlərini inanılmaz dərəcədə sürətləndirib. Şirkət bu günlərdə "SeamlessM4T" süni intellekt aləti ilə gündəmdədir. "SeamlessM4T" əslində avqust ayında elan edilmiş təkmil tərcümə modelidir və yeni buraxılmış “v2” yeniləməsi ilə daha bacarıqlı hala gətirilib. Yeni versiyada diqqəti çəkən ilk şey, səs tonunu, səs səviyyəsini, həyəcan və ya kədər kimi emosional vəziyyətləri ehtiva edən "SeamlessExpressive" infrastrukturudur. Bu yeni infrastruktur tərcümələrin daha təbii və ya real olması üçün nəzərdə tutulub.

“WhatsApp”ın iOS versiyasında orijinal keyfiyyətli medianın fayl kimi göndərilməsi aktivləşib



"WhatsApp"da orijinal keyfiyyətli medianın fayl kimi göndərilməsi dəstəyi iOS üçün təqdim edildi. iOS-da "WhatsApp"a göndərilən son yeniləmədə şirkət bu qeydi edib: “Orijinal keyfiyyətli medianı asanlıqla fayl kimi göndərə bilərsiniz. Başlamaq üçün söhbətdə "+" işarəsinə toxunun > Sənəd > Foto və ya Video seçin." Daha əvvəl müəyyən bir istifadəçi bazasına açılan və indi bütün iOS istifadəçiləri üçün aktivləşdirilən infrastrukturda maksimum 2 GB-lıq faylların göndərilməsinə icazə verilir.

"McDonald's"ın yeni brendi "CosMc's" gəlir! Restoranla bağlı ilk görüntülər ortaya çıxıb

"McDonalds"ın bu yeni markası Amerikanın İllinoys ştatında yerləşir. Bu yeni restoranın adı 1987-ci ildə "McDonaldland" üçün təqdim edilən narıncı yadplanetli olan "CosMc"in adından ilhamlanıb. İlk görüntüləri paylaşan @Stealx adlı "X" istifadəçisi öz paylaşımında qeyd edib:

“McDonald's yeni konsept təqdim edir. Mən elə orada idim, əvvəllər heç vaxt təklif olunmayan yeməklərdən ibarət yepyeni menyunun şəkillərini çəkirdim. Məkan hələ açılmayıb və orada reklam çəkilişləri üçün hazırlıq gedirdi".

"WhatsApp" statuslar üçün yeni bir funksiya sınaqdan keçirir!

Məlumdur ki, "Instagram"da paylaşılan hekayələrin avtomatik olaraq "Facebook" statuslarında da paylaşılması mümkündür. "WhatsApp" beta 2.23.25.20 status yeniləmələrinin "Facebook"dan başqa "Instagram"da da paylaşılmasını təmin etmək üçün yeni bir funksiya üzərində işləyir. Bu yeni xüsusiyyət ilə birgə statusları həm "Facebook" həm də "Instagram"da sinxron şəkildə paylaşmaq mümkün olacaq.

Ölkəmizdə oyunların yaradılmasına həsr olunmuş böyük biznes konfransı keçiriləcək

Azərbaycan Oyun Tərtibatçıları Assosiasiyası (AGDA) Gamesummit çərçivəsində oyunların yaradılmasına həsr olunmuş böyük biznes konfransı təşkil edir. Həm Azərbaycandakı oyun studiyalarının, həm də beynəlxalq şirkətlərin nümayəndələri bu konfransda iştirak edəcəklər. Burada Electronic Arts (FIFA, Battlefield), iLogos (Angry Birds, Shadow Fight, Chess.com), eləcə də VFX sənayesi (Spiderman, Aquaman) sahəsində çalışan şəxslərin çıxışları yer alacaq.

Posted 
Dec 4, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All