Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

İRİA-nın dəstəyi ilə 3 yerli startap “Wolves Summit”də təmsil olunacaq

Sammit çərçivəsində müsabiqəyə seçilmiş və startap yarışmasında iştirak edəcək komandalar bunlardır:- “Hepard” bizneslərə çatdırılma proseslərini qurmaq və idarə etmək üçün həll təklif edən bulud əsaslı onlayn platformadır. Sözügedən platforma sifarişlər yaratmaq və onları izləmək, çatdırılma qiymətlərini idarə etmək, müştərilərin davranışlarını təhlil etmək, eləcə də nağd ödənişlərə nəzarət etmək məqsədilə idarə panelini təklif edir.- “Dosty” ev heyvanlarının qayğısına qalmaq üçün yaradılmış ən uyğun mobil tətbiqdir! “Dosty”nin mütəxəssislərdən ibarət komandası ev heyvanları sahibləri üçün dəqiq, aktual məzmun və məsləhətlər təqdim edir.- “Glorri” vaxta qənaət etmək məqsədilə işə götürmə prosesini təkmilləşdirmək və insan resursları komandalarının iş yükünü ağıllı və çevik üsullarla idarə etmək üçün nəzərdə tutulmuş intuitiv proqram təminatıdır.

OpenAI daha güclü AI yaratmaq üçün Stack Overflow ilə əməkdaşlıq edib

OpenAI und Stack Overflow arbeiten zusammen, um ChatGPT mit technischem  Wissen zu erweitern

Stack Overflow OpenAI yeni API tərəfdaşlığını elan edib. Tərəfdaşlar yüksək texniki mövzular üzrə dünyanın aparıcı bilik platforması olan Stack Overflow təcrübəsini və OpenAI tərəfindən yaradılmış ən yaxşı LLM modellərini bir araya gətirəcəklər.

Elan edilən OverflowAPI OpenAI istifadəçilərinə və müştərilərinə Stack Overflow-un etibarlı texniki bilik deposuna giriş imkanı verəcək.

Google Gemini kiber təhdidlərlə mübarizə aparır

Introducing Gemini: Google's most capable AI model yet

Google kiber təhdidlərlə mübarizədə süni intellektdən istifadə edərək kəşfiyyat xarakterli iş üçün Gemini adlı çatbotunu aktivləşdirib. Məqsəd zərərli proqramı tez təhlil etmək və təhdidlərə daha sürətli cavab verməkdir. “Google Threat Intelligence” adlanan bu yeni xidmət Google-un Mandiant komandasının, VirusTotal icmasının, eləcə də şirkətin cihazlar və e-poçtlar vasitəsilə əldə etdiyi milyardlarla siqnalın birləşməsi nəticəsində ortaya çıxıb.

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

Azərbaycanın Medianın İnkişafı Agentliyinin (MEDİA), Media Təhlil Mərkəzinin, “EDUAZ Co” MMC-nin və Türkiyənin Anadolu Agentliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış “Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib.

MEDİA-dan "Report"a bildirilib ki, “eduaz.com” platformasında təqdim edilən kursun əsas məqsədi müasir media mühitində dəyişən tendensiyaları nəzərə alaraq, media sahəsində təlimlərin əhatə dairəsinin genişləndirilməsi, bu sahədə mütəxəssislərin hazırlanması, media nümayəndələrinin fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin hər kəs üçün əlçatanlığının təmin olunmasıdır.

Onlayn təlim kursunda mövzular 12 moduldan ibarət olmaqla Anadolu Agentliyinin yüksək ixtisaslı ekspertləri tərəfindən tədris olunur. Hər modulun və ümumi təlimin sonunda müvafiq olaraq özünüqiymətləndirmə testini və sertifikat imtahanını verən iştirakçı nəticəyə uyğun “iştirak” və ya “müvəffəqiyyət” sertifikatı əldə edir.

Dövlət və özəl əməkdaşlıq layihəsi çərçivəsində təqdim olunan kursdan Media Reyestrində olan jurnalistlər ödənişsiz yararlana biləcəklər.

Onlayn kurs media sahəsində biliklərini təkmilləşdirmək istəyən şəxslərə zaman və məkan məhdudiyyəti olmadan rahat funksionallıq, öyrəndiklərini yoxlama və sertifikat qazanma imkanı təklif edir.

Nintendo Switch 2 nə vaxt buraxılacaq?

Nintendo Switch 2 to be Announced Before April 2025, Furukawa Confirms;  Switch Sales Surpass 141.32 Million

Uzun müddətdir "çıxdı", "çıxacaq", "çıxmaq üzrə" xəbərləri ilə gündəmdə olan konsol haqqında bir çox fərqli söz-söhbətlər yayılıb. Nəhayət, Nintendo prezidenti Şuntaro Furukava söz-söhbətlərə son qoymaq üçün Switch 2-nin buraxılış tarixini açıqlayıb. O qeyd edib ki, yeni oyun konsolu 2025-ci ilin aprelinə qədər təqdim olunacaq.

Posted 
May 7, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All