PAŞA Bank IPO üçün özəl qurumlarla tərəfdaşlıq sazişi imzaladı.

“PAŞA Kapital”, “PAŞA Bank”, “ABB Invest” və “Unicapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq sazişi imzalanıb. Saziş PAŞA Bank-ın planlaşdırdığı ilkin kütləvi təklif (IPO) layihəsi çərçivəsində səhmlərin yerləşdirilməsi prosesinə aiddir.

Bu əməkdaşlıq sayəsində investorlar PAŞA Bank-ın səhmlərini daha rahat və tam onlayn şəkildə əldə edə biləcəklər. Layihə həmçinin investorların məlumatlandırılmasını və kapital bazarına çıxışı asanlaşdırmağı hədəfləyir.

Tərəflər IPO prosesinin daha geniş investor auditoriyasına çatdırılması və səhmlərin yerləşdirilməsi mərhələsində investorların daha operativ iştirak etməsi üçün birgə fəaliyyət göstərəcəklər.

Posted 
Mar 13, 2026
 in 
Biznes
 category

Daha çox

Biznes

 kateqoriyasından

View All