“m10” və “MilliÖN” platformalarının sahibi olan PashaPay MMC-də idarəetmə strukturu dəyişdirilib.
Şirkət indiyədək tətbiq etdiyi kollegial idarəetmə modelindən imtina edərək təkbaşına icra modelinə keçib və bu dəyişiklik çərçivəsində Pünhan Nərimanov PashaPay-in icraçı direktoru (CEO) təyin olunub.
Dəyişiklikdən əvvəl PashaPay İdarə Heyəti formatında idarə olunurdu. İdarə Heyətinin sədri Samir Məmmədov, üzvləri isə İlya Losev və Pünhan Nərimanov idi. Qəbul edilən yeni qərara əsasən, icra səlahiyyətləri bir mərkəzdə cəmlənib və şirkətin gündəlik operativ, strateji və maliyyə idarəçiliyi artıq CEO vəzifəsində fəaliyyət göstərəcək Pünhan Nərimanovun məsuliyyətinə verilib.



