Rabitəbank 2 fevral 2026-cı ildən etibarən İslam maliyyə prinsiplərinə əsaslanan Mudaraba və Murabaha məhsullarını təqdim edir.
Məhsullar Mərkəzi Bankın xüsusi tənzimləmə rejiminə uyğun həyata keçirilir və alternativ maliyyə alətlərinin inkişafını hədəfləyir. Mudaraba üzrə əldə olunan xalis gəlirin 80%-i müştəriyə, 20%-i banka verilir. Minimum məbləğ 500 AZN, maksimum isə 500 min AZN və ya ekvivalenti təşkil edir. Məhsullardan fiziki şəxslər və sahibkarlar yararlana bilərlər.



