Red Bull Twitter-dəki paylaşım ilə yeni hiperkarı haqqında ilk ipucu verdi.

Red Bull illərdir ki, motosport ilə iç-içə olub. Enerji içkisi istehsalçısı həm də avtomobil idmanının müxtəlif sahələrində bir çox komandaya sponsorluq edir. Eyni zamanda, uzun müddətdir Formula 1-də yarışan Red Bull bunu bir səviyyə irəli aparmağa hazırlaşır.

1100 at güclü Red Bull hiperkarı

Uzun müddətdir ki, Formula 1-də 4 komanda və 5 sürücü çempionluğu ilə mübarizə aparan Red Bull bu uğurlarının ardından öz avtomobilini istehsal etmək fikrinə gəlib. Şirkət Formula 1-dəki rəqibləri olan Mercedes-AMG, Ferrari, Aston Martin və McLaren kimi öz avtomobillərini istehsal edəcək.

Red Bull ötən gün "Twitter"dəki paylaşımı ilə yeni avtomobili haqqında ilk ipuçlarını verdi.

1100 at gücünə sahib hibrid V8 mühərrikli RB17 haqqında ilk məlumat bu paylaşımla gəldi. İki nəfərlik oturacağı olacaq avtomobilin istehsalına 2025-ci ildə başlanacaq.

Hər birinin dəyəri təxminən 6 milyon dollar olan bu hiperkarlardan yalnız 50 ədəd istehsal edilməyi planlaşdırılır. Red Bull bu avtomobili alacaqlara müxtəlif üstünlüklər verəcək. Bu üstünlüklərə komandanın simulyatorlarına giriş və trek təlimi daxildir.

Red Bull Racing-in baş direktoru Kristian Horner yeni avtomobilləri haqqında aşağıdakı ifadələrdən istifadə etdi:

RB17 Red Bull brendini daşıyan avtomobilin kolleksiyaçılarla ilk görüşüdür. RB17, bizim çempionat qazanmış Formula 1 avtomobilləri haqqında bildiyimiz hər şeyi müstəsna performans səviyyəsini təmin edən iki nəfərlik trek avtomobilinə köçürdüyümüz paketdir.

Red Bull-un texniki direktoru Adrian Newey avtomobilin dizaynına cavabdeh olacaq. Aston Martin Valkyrie-də də imzası olan Newey "Red Bull"un bütün F1 çempionatlarında mühüm rola malikdir. Bildirilir ki, "Red Bull" "RB17" karbon kompozit şassiyə və müasir "F1" avtomobillərinə bənzər gövdəyə sahib olacaq.

Red Bull bu ilin əvvəlində Honda-nın Formula 1-dən çıxması ilə öz mühərrik istehsal mərkəzini qurdu. Hələ də Honda-nın dəstəyini alsa da, avtomobil sənayesinə yaxşı qədəm qoyan Red Bull, qarşıdakı illərdə fərqli modellərlə gündəmə gələ bilər.

Posted 
Jun 29, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All