Birbank və Dövlət Vergi Xidməti əməkdaşlığı ilə ƏDV geri alma prosesi daha rahatlaşıb.
Artıq Kapital Bank və Paşa Bank POS terminallarında Birbank kartı ilə ödəniş edənlər qəbzləri skan etmək və QR kod oxutmaqla vaxt itirməyəcək. Ödəniş zamanı qəbz avtomatik “Son əlavə olunan çeklər” bölməsinə əlavə olunur və ƏDV növbəti 30 gün ərzində balansına yüklənir. Prosesə qoşulmaq üçün Birbank mobil tətbiqində “ƏDV geri al” bölməsində “Çekləri avtomatik əlavə et” düyməsini aktivləşdirmək kifayətdir.
Bu funksiya hazırda Birbank kartları üçün, ölkədəki mağaza, restoran və apteklərdə keçərlidir. Gələcəkdə bütün alış-veriş və xidmət nöqtələrinə yayılması planlaşdırılır.



