SanDisk səhm yüksəlişləri ilə Nasdaq 100-ə giriş bileti qazandı!
SanDisk Nasdaq 100 indeksinə daxil edilir və Atlassian-i əvəz edəcək. Xəbərdən sonra şirkətin səhmləri əlavə olaraq 11.8% bahalaşıb. Şirkətin səhmləri 2026-cı ildə indiyə qədər 301%, son 12 ayda isə 2,739% artaraq bazarın ən sürətli yüksələn aktivlərindən birinə çevrilib.

Bu artım süni intellekt bumunun təsiri ilə əlaqələndirilir — SanDisk-in yaddaş və data saxlama məhsulları xüsusilə AI data mərkəzlərində geniş istifadə olunur.



