Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Uzbekneftegaz” SC arasında neft-qaz sənayesində süni intellekt texnologiyalarının tətbiqinə dair Anlaşma Memorandumu imzalanıb. Sənəd iki ölkənin enerji sahəsində texnoloji tərəfdaşlığını gücləndirməyi və istehsal proseslərinin rəqəmsallaşdırılmasını nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində SOCAR-ın hazırladığı süni intellekt həllərinin “Uzbekneftegaz” tərəfindən tətbiqi, təcrübə və mütəxəssis mübadiləsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və istehsalın səmərəliliyinin artırılması planlaşdırılır. Layihələr arasında dizel yanacağı istehsalında qarışdırma parametrlərinin optimallaşdırılması, əməliyyat komandalarını dəstəkləyəcək böyük dil modeli (LLM) əsasında sistemlərin hazırlanması, eləcə də geoloji və enerji məlumatlarının avtomatik təhlilini təmin edəcək “Seismic AI” və ENOM həlləri yer alır.

Posted 
Oct 27, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All