İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyahyayev Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 6-cı dalğa məzun günü çərçivəsində bildirib ki, mərkəz son üç il ərzində 500-dən çox kibertəhlükəsizlik mütəxəssisini hazırlayaraq əmək bazarına təqdim edib.

Onun sözlərinə görə, mərkəzin fəaliyyəti təkcə kadr hazırlığı ilə məhdudlaşmır. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi eyni zamanda ölkədə dayanıqlı kibertəhlükəsizlik ekosisteminin formalaşmasına, dövlət və özəl sektorda informasiya təhlükəsizliyi mədəniyyətinin gücləndirilməsinə, həmçinin milli texnologiyalardan düzgün və təhlükəsiz istifadənin təşviqinə xidmət edir.

Şahmar Hacıyahyayev vurğulayıb ki, bu istiqamətdə atılan addımlar Azərbaycanın rəqəmsal inkişaf strategiyasının mühüm tərkib hissəsidir və kibertəhlükəsizlik sahəsində yerli insan kapitalının gücləndirilməsinə töhfə verir.

Posted 
Feb 9, 2026
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All