Space X səhmlərinin 5%-dən az hissəsi ilə birjaya çıxır.
SpaceX ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) məxfi müraciət edərək IPO üçün ilk rəsmi addımı atıb. Şirkət prosesin 1,75 trilyon dollar dəyərləndirmə ilə tamamlanmasını hədəfləyir. Gözləntilərə görə, şirkət səhmlərinin 5 faizdən az hissəsini birjaya çıxaracaq və bununla təxminən 75 milyard dollar vəsait cəlb etməyi planlaşdırır. Məxfi müraciət üsulu isə bu prosesin maliyyə detalları ictimaiyyətə açıqlanmadan aparılmasına imkan verir.
SpaceX-in IPO-su bazarda yeni dalğa yarada bilər. Bundan sonra OpenAI və Anthropic kimi IPO-nu gecikdirən iri şirkətlərin də birjaya çıxışı sürətlənə bilər.



