"Spotify" istifadəçilərdən gələn şikayətlərə əsaslanaraq məşhur “Discover Weekly” siyahısında ciddi yeniliklərə imza atıb. Artıq dinləyicilər siyahının yuxarısında yerləşən pop, R&B, funk kimi janr düymələri vasitəsilə istədikləri musiqi növünü seçə biləcəklər.

Bu dəyişiklik daha uyğun tövsiyələr təqdim edən yenilənmiş alqoritma və musiqi növlərinin daha dəqiq tanınması ilə müşayiət olunur. Eyni zamanda, çalğı siyahısının üz qabığı da yenilənib və vizual olaraq daha cəlbedici hala gətirilib. "Spotify" bu addımla fərdiləşdirilmiş istifadəçi təcrübəsini daha da inkişaf etdirməyi hədəfləyir.
Daha çox
Daily
kateqoriyasından
View All