"SpaceX"in "Starship" proqramı çərçivəsində hazırlanmış "Ship 36" raketi Texasda keçirilən test mərhələsində partlayıb. "SpaceX" bildirib ki, hadisə zamanı təhlükəsizlik zonası qorunub və bütün işçilər salamatdır.
Bu, "Starship" proqramında il ərzində baş verən dördüncü ciddi insident kimi qeydə alınıb.