Trump administrasiyası platformanın ABŞ-dəki fəaliyyətinin yenidən qurulması ilə bağlı razılaşma çərçivəsində ümumilikdə 10 milyard dollarlıq ödəniş toplanmasını nəzərdə tutur.
İddialara əsasən, bu məbləğin formalaşdırılmasında yeni investorlar da iştirak edir. Xüsusilə texnologiya şirkəti Oracle və investisiya fondu Silver Lake kimi tərəflərin razılaşmanın maliyyə hissəsinə qoşulduğu bildirilir. Bu investorların TikTok-un ABŞ bazarında fəaliyyətini davam etdirməsi üçün yaradılan yeni strukturda rol oynadığı qeyd olunur.
Eyni məlumatlarda razılaşma prosesinin artıq müəyyən mərhələyə çatdığı və təxminən 2,5 milyard dolların ABŞ Xəzinədarlığına köçürüldüyü iddia edilir. Lakin bu məlumatların rəsmi şəkildə tam təsdiqlənmədiyi və razılaşmanın detalları ilə bağlı danışıqların davam etdiyi bildirilir.



