Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

“Süni intellekt üzrə milli strategiya təsdiqlənmə mərhələsindədir”

Süni intellekt üzrə milli strategiya təsdiqlənmə mərhələsindədir

Süni intellekt üzrə milli strategiya təsdiqlənmə mərhələsindədir. Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri İnarə Vəliyeva deyib.

"Süni intellekt üzrə milli strategiya hökumət tərəfindən təsdiqlənmə mərhələsindədir. Lakin müzakirələr davam edir"

İ.Vəliyevanın sözlərinə görə, bu istiqamət agentliyin əsas prioritetlərindən biridir. "Strategiyanın bu il qəbul olunacağına ümid edirəm", - deyə o bildirib.

Xatırladaq ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi yaradılıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşması, ekosistemin möhkəmlənməsinə xidmət edir. Agentliyin prioritet istiqamətlərini nüvə elmi və texnologiyaları sahəsində sınaq təcrübələrinin keçirilməsi, fiziki və hüquqi şəxslərin innovasiya yönümlü elmi tədqiqatlarda və innovasiya layihələrində (startaplarda) dəstəklənməsi, müasir texnologiya və texnoloji həllərin əldə edilməsində köməklik göstərilməsi, ölkədə İKT sahəsində maarifləndirici və karyera imkanlarının əlçatanlığının təmin edilməsi, rəqəmsal hökumət və rəqəmsal cəmiyyətin təşkil olunması təşkil edir.

“Miniboss Business School Baku”nun təşkilatçılığı ilə “Startap Forumu 2024” keçirilir

“Miniboss Business School Baku”nun təşkilatçılığı, "Kapital Bank"ın dəstəyi ilə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında sahibkarlıq üzrə “Startap Forumu-2024” keçirilir.

Tədbir çərçivəsində 17 komanda müxtəlif sahələr üzrə biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkarlar və investorlara nümayiş edəcəklər. Daha sonra startaplar münsiflər heyəti tərəfindən dəyərləndirilərək, komandalara layihələrinin həyata keçirilməsi üçün müvafiq qrant ayrılacaq.

Qeyd edək ki, bu il “Miniboss Business School” məktəbinin tələbələri münsiflər heyətinə biznesyönümlü tekstil, əyləncə, qida, parfumeriya, İTekologiya sahələri əhatə edən startaplar təqdim olunub. Çıxış zamanı gənc sahibkarlar layihələrinin biznes planlarını təqdim etməklə ideyanın üstün cəhətləri, hədəf auditoriyası, bazar araşdırması, maliyyə hesabatı və ən əsas ideyanın reallaşması üçün ilkin kapitalı səsləndirəcəklər.

“Miniboss Business School” qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən 27 ölkədə 70-dən çox filialda mövcüd olan yeganə məktəbdir. Məktəb özünəməxsus metodikasına əsasən 6-17 yaşarası uşaqların tam sahibkarlıq potensialının üzə çıxarılmasına və güclü liderlik keyfiyyətlərinin aşkar olunmasına geniş imkanlar yaradır. Beynəlxalq Təhsil Şəbəkəsi olan “Miniboss Business School" hər il olduğu kimi bu il də sahibkarlıq üzrə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında “Startap Forum"u, Milli və Dünya çempionatları təşkil edir. Qeyd edək ki, bu il dünya çempionatı isə 29 iyun-2 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Xatırladaq ki, 2023-cü ilin iyul ayında Şotlandiyanın Qlazqo şəhərində keçirilən dünya çempionatında Azərbaycandan təmsil olunan "Econotes" adlı layihəsi birinci yerə layiq görülüb. Həmçinin orada təqdim olunan 9 layihədən 6-sı BMT-nın dayanıqlı inkişaf məqsədləri üzrə mukafatlarını alıb və "Miniboss Biznes" məktəbinin Bakı nümayəndəliyi 73 filialdan birincisi seçilib.

“Tesla robotaxi" yaxın günlərdə nümayiş oluna bilər

Elon Musk uzun müddətdir gündəmdə olan “Tesla robotaxi" üçün tarix verib. Onun sözlərinə görə, avqustun 8-də avtonom hərəkət edə bilən nəqliyyat vasitəsi olan “Tesla robotaxi” ilə rəsmi olaraq tanış olacağıq. Qeyd edək ki, bu avtomobil haqqında hələlik ətraflı məlumata yer verilməyib.

Tim Cook təxminən 200 min "Apple" səhmini satıb

Tim Cook Sells Nearly 200,000 Apple Shares - MacRumors

"Apple"ın rəhbəri Tim Cook sahib olduğu təxminən 200 min "Apple" səhmini satıb. Tim Cook tərəfindən satılan bu 196,410 "Apple" səhminin cəmi 33,2 milyon dollar dəyərində olduğu qeyd olunub. Vergilərdən sonra Cook-un satışdan təqribən 16,4 milyon dollar gəlir əldə etdiyi bildirilib, lakin bu satışın səbəbi qeyd olunmayıb.

25 min dollarlıq "Tesla" layihəsi ləğv edilib?

Tesla May Reveal $25,000 EV In 2024

"Reuters" tərəfindən verilən məlumata görə, 25 min dollarlıq “Tesla” ləğv edildib. Şirkətin CEO-su Elon Musk tez bir zamanda bu xəbəri yalanlayıb. Elon Musk bu mövzuda "Reuters  yalan danışıb" deyə qeyd edib və əlavə heç bir məlumat verməyib.

Posted 
Apr 6, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All