Məşhur tanışlıq platforması Tinder Azərbaycanda rəsmi vergi uçotuna alınıb.

Platforma İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatdan keçib. Məlumatın yerli vergi uçotu sistemində rəqəmsal xidmətlər üzrə aparılan genişlənmənin tərkib hissəsi olduğu bildirilir.

Dəyişiklikdən sonra platforma üzərindən həyata keçirilən ödənişli xidmətlər, o cümlədən premium abunəliklər və əlavə funksiyalar üzrə qiymətlərin yerli vergi qaydalarına uyğunlaşdırılacağı gözlənilir. Bu, istifadəçilər üçün ödənişlərin daha şəffaf və standartlaşdırılmış şəkildə formalaşmasına imkan verə bilər.

Qeyd olunur ki, bu addım rəqəmsal xidmətlərin ölkədaxili vergi sisteminə inteqrasiyasını gücləndirməyə yönəlib. Son illərdə bir sıra beynəlxalq texnologiya və proqram təminatı şirkətləri Azərbaycanda vergi qeydiyyatına alınaraq ƏDV mexanizminə qoşulub.

Posted 
Jun 2, 2026
 in 
Biznes
 category

Daha çox

Biznes

 kateqoriyasından

View All