B

u yaxınlarda böyük ekranlarda yayımlanan 2 məşhur film “Twitter”ə yüklənilib. Son zamanlar sosial mediada görünən “Super Mario Bros.”“Avatar: The Way of Water” milyonlarla istifadəçi tərəfindən izlənilib. Lakin “Reddit” platformasındakı söz-söhbətlərdən sonra sosial media qısa zamanda tədbir görüb. “Twitter”də əslində video üçün vaxt məhdudiyyəti var. Bununla belə, istifadəçilər filmlərin 1 saatadək video paylaşmağa imkan verən “Blue” xidməti vasitəsilə yükləndiyini bildiriblər.

Elon Musk'tan şok iddia ABD, Twitter'da tam erişime sahip!

Qeyd edək ki, hər 2 film platformadan silinib, hesablara giriş isə dayandırılıb. “Avatar” filminin silinməzdən əvvəl nə qədər baxış sayı topladığı bəlli olmasa da, “Super Mario Bros.”un 9 milyondan çox baxış topladığı məlum olub. 

“AI” inkişaf edir, Apple isə “Siri”yə görə narahatdır

Apple çalışanları, yapay zeka yükselirken Siri'nin geleceğinden endişe ediyor

“The Information”ın paylaşdığı məlumata görə, “Apple”ın süni intellektlə dəstəklənən köməkçisi “Siri”nin parlaq gələcəyi sual altındadır. Çünki şirkətin işçiləri “Siri”ni daha çox məzəli formatda görürlər. Eyni zamanda, Apple-ın “Reality Pro” qulaqlığı üzərində işləyən komandanın “Siri”dən bezdiyi və qulaqlıqları səs texnologiyası ilə idarə etmək üçün alternativ metodlar irəli sürəcəyi bildirilir. Əlavə o da qeyd olunub ki, “Siri”nin yenilənməsinin həftələrlə davam etməsi onun çətin verilənlər bazası üzərində qurulması ilə bağlıdır. Qeyd etmək yerinə düşər ki, “Apple”ın bu yaxınlarda 3 “Siri” mühəndisi karyerasını “Google”da davam etdirməyə qərar vermişdi. Bu 3 mühəndis “Siri” axtarış xüsusiyyətləri üzərində işləyirdilər, lakin “Google”da onlar əsas dil modelləri və ya “LLM”lər üzərində işləməyə davam edəcəklər.

Apple's John Giannandrea talks Apple Silicon, moving from Google to Apple |  AppleInsider

“Siri” komandasının hazırkı lideri “Google”un keçmiş əməkdaşı John Giannandrea-dır. Giannandrea-nın bu baxımdan çox da yaxşı bir ad olmadığı düşünülməkdədir. Keçmiş “Siri” işçilərinin çoxu deyir ki, “Apple” daxilində, Giannandrea vəzifəyə gəldikdən sonra, “Siri” funksionallığının və təkmilləşdirilməsinin olmaması məhsulun məzə obyektində qalmasına gətirib çıxarır. Nəticədə “Siri”nin gələcəyi ilə bağlı çoxlu suallar var, lakin “Apple”ın süni intellektdən məsul işçiləri məhsul və idarəetmədən qətiyyən razı deyillər.

Axır ki, bu oldu… “WatchOS”in dizaynı yenilənir

Yeniləmə ilə interfeysin dəyişəcəyi gözlənilir. Apple-ın “widget” üstünlüklü “watchOS” üzərində işlədiyi məlum olub. “iOS 14” ilə “iPhone”lara təqdim edilən “widget”lər artıq “Apple Watch” istifadəçiləri üçün də əlçatan olacaq. “Bloomberg”dən Mark Gurman tərəfindən təfərrüatları ilə təqdim olunan yeni interfeys 2017-ci ildə “watchOS 4” ilə təqdim edilmiş “Siri watch face”i xatırladacaq. Hesabatlarda o da göstərilir ki, “Apple Watch” fiziki düymə üzərində işləyir. Müvafiq olaraq, əgər düymə sıxılırsa, onu əsas ekrana aparmaq əvəzinə, “widget”lərin yerləşəcəyi yerə yönləndiriləcək.

M.Gurman bildirib ki, “WatchOS”in yenidən dizaynı bəzi istifadəçilər üçün üzücü, bəziləri üçün isə həyəcan verici ola bilər. Həmçinin bildirilib ki, “Apple” yeni “Watch Ultra” modelinə “microLED” displey panelini daxil edəcək. Ancaq onu da qeyd edək ki, “Apple”dan hələlik rəsmi açıqlama yoxdur.

G7 ölkələrindən “AI” ilə bağlı kritik açıqlama

G7 ölkələrinin paylaşdığı birgə bəyanatda “ChatGPT” kimi süni intellekt modellərinin təqdim etdiyi imkanlar müzakirə edilib. Yaponiyada görüşən ölkələr süni intellektlə bağlı beynəlxalq müqavilənin imzalanmasının vacibliyini bildiriblər. Bundan əlavə, məxfilik və sui-istifadə baxımından ehtiyat tədbirlərinin görülməsi də təklif edilib. Yaponiyada 2 gün davam edən yığıncaqda rəqəmsal iqtisadiyyatla bağlı müxtəlif mövzulardan, o cümlədən məlumatların məxfiliyi, kibertəhlükəsizlik və inkişaf etməkdə olan texnologiyaların tənzimlənməsindən bəhs olunub. Görünür ki, ölkələr ümumi qanun layihəsi üzərində işləyəcəklər. Məlumatların təhlükəsiz ötürülməsini təmin edəcək beynəlxalq proqramın yaradılması da istisna edilmir.

Bədən rəngində inklüziv prezervativlər

Cinsi sağlamlıq brendi “Roam”, müxtəlif etnik kimlikləri təmsil etmək adına dəri tonu seçimləri ilə dünyanın ilk qara rəngli prezervativlər seriyasını təqdim edib. Cinsi sağlamlıq kateqoriyasında daha əvvəl mövcud olmayan bir kateqoriya elan etdiyini ifadə edən “Roam” təmsilçisi, bütün cinsi aktiv cəmiyyətlərin mürəkkəb ehtiyaclarını qarşılaya bilməyən köhnə markalara sanki meydan oxuyub. London metrosunda 2000-dən çox nöqtədə yayımlanan açıq hava kampaniyası ilə yeni məhsul seriyasını nümayiş etdirən marka, alınan hər məhsul üçün cinsi sağlamlıq təhsili verən xeyriyyə təşkilatı “Brook”a bir məhsul bağışlanacağını ifadə edib. Bu yaxınlarda “Pantone” 28 yeni dəri rəngi əlavə edərək, daha çox insanı təmsil etmək üçün 10 illik yubileyi keçirilən “SkinTone Guide”in əhatəsini genişləndirdiyini açıqlayıb. Təmsilçiliyin hər zamankindən daha çox müzakirə edildiyi bir vaxtda “Pantone”nun elanı həm də inklüzivliyə meyl edən brendlər üçün yeni bir tendensiyaya işarədir. Bu tendensiyanın ardınca “Roam” yeni məhsul kateqoriyası yaratmaqla, cinsi sağlamlıq sahəsində az təmsil olunma problemini də işıqlandırmış oldu.

Twitter-də yeni, “Məqaləyə görə ödəniş” funksiyası

Elon Musk “Twitter”i təkcə özü üçün gəlirli etməklə kifayətlənmir, həm də yaradıcılara məzmunundan pul qazanmaq fürsəti verir. Platformanın icraçı direktoru yeni, “məqaləyə görə ödəniş” funksiyası barədə ictimaiyyətə məlumat verib. 
Keçən həftə Musk “Twitter Blue”dan əvvəl verilən pulsuz “mavi quş”ları aradan qaldırdığını bəyan etmişdi. İndi isə gələn ay istifadəyə veriləcək yeni funksiyadan bəhs edib.
Tvitdə deyilir ki, oxucular abunə olmadıqları hesabın məqaləsini yalnız ödəniş etdikləri təqdirdə oxuya biləcəklər.

Bu “Blutooth Mouse” ağızda yerləşəcək və dillə idarə olunacaq

Cihazları ağza yerləşdirməklə idarə etməyə imkan verən məhsul ideyası bir neçə ildir ki, gündəmdədir və araşdırılır. “Augmental Technologies” bu prosesi tamamlayan və son məhsula çevirən bir şirkət olaraq bilinirdi.
Məhsul ideyası, xüsusilə telefon və kompüter kimi cihazları idarə etməkdə problem yaşayan fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulmuşdur. Ağız boşluğuna yerləşdirilərək, demək olar ki, tamamilə görünməyən bu məhsula şirkət “Mouthpad” adını verib. “Mouthpad” təzyiqə həssas səthə malikdir və damağa yerləşdirilir. Naviqasiya və klikləmə real vaxt rejimində izlənilən dil hərəkətləri ilə həyata keçirilir. Heç bir proqram quraşdırılmasına ehtiyacı olmayan “Mouthpad” qutudan çıxan kimi bütün cihazlara bluetooth bağlantısı ilə qoşula bilir. Diş sağlamlığı məhsullarında da istifadə edilən və heç bir risk daşımayan, xüsusi materiallarla istehsal edilən “Mouthpad” “macOS”, “iOS”, “Windows”, “Linux” və “Android” əməliyyat sistemlərində rahat işləyir.

Posted 
May 1, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All