"Uber" daha sərfəli və rahat gediş təklif edən yeni “Route Share” xidmətini istifadəyə verib. Bu xidmət səhər və axşam iş saatlarında, əvvəlcədən müəyyən olunmuş marşrutlar üzrə maksimum 3 sərnişinlə fəaliyyət göstərir.

“Route Share” tamamilə rəqəmsal şəkildə idarə olunur və hər 20 dəqiqədən bir təyin olunmuş nöqtədən sərnişinləri götürür. Sərnişinlər yalnız sistemin göstərdiyi yerdən minə və düşə bilirlər. Hazırda bu xidmət ABŞ-nin 7 ştatında – Nyu-York, San-Fransisko, Çikaqo, Filadelfiya, Dallas, Boston və Baltimorda test olunur.
Daha çox
Daily
kateqoriyasından
View All