Vətəndaşların dövlət və özəl qurumların rəqəmsal xidmətlərinə rahat və təhlükəsiz çıxışını təmin edən vahid giriş sistemi “digital.login” yeni inteqrasiya sayəsində daha da təkmilləşdirilib. İstifadəçilər artıq “mygov” mobil tətbiqi vasitəsilə QR kodu skan edərək “digital.login”-ə inteqrasiya edilmiş bütün informasiya sistemlərinə rahat və təhülkəsiz giriş edə biləcəklər.

İstifadəçi “digital.login”-ə inteqrasiya edilmiş dövlət və ya özəl quruma məxsus platformaya daxil olarkən giriş üsulu kimi QR kodu seçir. Bu zaman sistem tərəfindən istifadəçiyə xüsusi QR kod təqdim olunur.Yeni inteqrasiya çərçivəsində “mygov” mobil tətbiqində “Skan et” adlı yeni funksionallıq istifadəyə verilib. İstifadəçi növbəti mərhələdə “mygov” tətbiqinə daxil olaraq ekranın aşağı hissəsində yerləşən “Skan et” düyməsinə klikləyir və “digital.login” sistemində əks olunan QR kodu skan edir. Bu prosesin tamamlanmasından sonra vətəndaş heç bir əlavə parol və ya məlumat daxil etmədən saniyələr ərzində “digital.login” sisteminə daxil ola bilir.

Qeyd edək ki, “digital.login” sisteminə daha əvvəl SİMA İmza, identifikasiya nömrəsi, ASAN İmza və digər giriş üsulları ilə daxil olmaq mümkün idi. “mygov”la giriş imkanı da bu siyahıya əlavə edilərək, sistemin funksionallığı daha da genişləndirilib.

Bu inteqrasiyanın əsas məqsədi “mygov” vasitəsilə vətəndaşlara “digital.login”-ə inteqrasiya olunmuş informasiya sisteminə giriş üçün müxtəlif alternativ üsullar təqdim etmək və istifadəçi təcrübəsini optimallaşdırmaqdır.

Posted 
Jun 23, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All