Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

OpenAI öz rəqəmsal assistentini təqdim edə bilər

ChatGPT maker OpenAI CEO Sam Altman gets Indonesia's 1st Golden Visa

OpenAI bu yaxınlarda mayın 13-də GPT-4-ü ələ alan bir yayım edəcəyini açıqlamışdı. Sam Altman verdiyi açıqlamada bu yayımın GPT 5 və ya yeni bir axtarış sistemi ilə bağlı olmadığını qeyd edib: "İnsanların sevəcəyini düşündüyümüz bəzi yeni şeylər üzərində işləyirik. Bunlar mənə sehr kimi görünür." The Information-a görə, Altman öz komandası ilə səsli ünsiyyət qura bilən rəqəmsal assitent üzərində işləyir.

Samsung öz telefonları üçün Battery AI funksiyasını təqdim edə bilər

Samsung's 'Battery AI' could arrive for the Galaxy Z Flip 6

Samsung iddialara görə, telefonları üçün Batareya AI xüsusiyyətini təklif edə bilər. Şirkətin hazırda Battery AI xüsusiyyəti üzərində çalışdığı bildirilir. Süni intellektə əsaslanan bu xüsusiyyətin telefonların performansını azaltmadan istifadə müddətini artıracağı qeyd olunub.

WhatsApp-da AI ilə stiker yaratmaq mümkün olacaq

WhatsApp üçün daha əvvəl stiker yaratma funksiyası mövcud idi. Bununla belə, şirkət istifadəçilərin stiker yaratma təcrübəsini təkmilləşdirmək üçün Android istifadəçilərinə yeni funksiya təqdim edir. Belə ki, WhatsApp stikerlərin yaradılması prosesini süni intellektlə sadələşdirməyə, onu daha zövqlü etməyə və bir neçə hərəkətlə əyləncəli stikerlər yaratmağa imkan verəcək. İlk dəfə Galaxy Z Fold6, Z Flip6 ilə təqdim ediləcəyi iddia edilən xüsusiyyət, bir mənbəyə görə aktivləşdirildikdə arxa planda edəcəyi optimallaşdırmalarla əlavə 30 dəqiqəlik fərq yarada bilər.

“Microsoft” “Cortana”ya görə 242 milyon dollar cərimə alıb

Microsoft shuts down Cortana, Apple should do the same with Siri

Delaver ştatında federal münsiflər heyəti bu yaxınlarda Microsoft-a qarşı qərar çıxararaq, şirkətin Cortana virtual köməkçisinin IPA Technologies-ə məxsus patenti pozduğuna qərar verib. Bu qərar “Microsoft” üçün 242 milyon dollarlıq böyük bir cərimə ilə nəticələnib.

Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib

Top 35+ Cybersecurity Terms You Need to Know
“E-poçt və ya daxil olan zəngə cavab olaraq şəxsi məlumatlarınızı verməyin. Əgər kimsə sizə zəng edərək bank kartı nömrəsi kimi şəxsi məlumatlarınızı soruşursa, bunun fırıldaq olduğunu fərz edin. Xaricdə olan cinayətkar qruplar orada yaşayan azərbaycanlıları bu fəaliyyətə cəlb etməsi bağlı faktlar var. Danışıqları, yazışmaları həmin şəxslərin vasitəsilə aparırlar”.
Posted 
May 13, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All