B

eş il əvvəl “WhatsApp” göndərilən mesajları silmək imkanı təqdim etdi. Bu funksiya kifayət qədər əlverişli olsa da, stikeri səhv göndərdiyiniz və ya sözü səhv yazdığınız zaman mesajı silmək, düzəltmək və sonra yenidən göndərmək lazım olduqda proses uzanır.

“WABetaInfo”nun məlumatına görə, “WhatsApp” növbəti yeniləmədə mesajınları redaktə etmək funksiyası üzərində işləyir. Qeyd edək ki, bu funksiya artıq uzun müddətdir ki, "Telegram"da mövcuddur.

Bundan əlavə, insanların mesajlarını redaktə etməli olacağı vaxt aralığı hələ də bəlli deyil. Məsələn “WhatsApp” göndərilən mesajı silmək imkanını ilk dəfə təqdim edəndə istifadəçilərin mətni silmək üçün yeddi dəqiqə vaxtı var idi.

Bu funksiyanın ilkin mərhələdə iOS və masaüstü versiyada yoxlanılacağı təsdiqlənsə də, “WABetaInfo” Android nümunəsinin skrinşotunu paylaşıb. 

Posted 
Jun 3, 2022
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All