WhatsApp Android istifadəçiləri üçün status paylaşımlarına dair yeni arxiv funksiyasını sınaqdan keçirir.

Yenilik statusların 24 saatlıq standart müddət bitdikdən sonra tam silinməsinin qarşısını alaraq onların avtomatik şəkildə şəxsi arxiv bölməsində saxlanılmasını nəzərdə tutur. Yeni sistem aktiv olduqda istifadəçilər paylaşdıqları statuslara sonradan da baxa biləcək, əvvəlki vizual və mətn paylaşımlarını tarixçə şəklində izləyə biləcəklər. Bu xüsusiyyət xüsusilə gündəlik paylaşımları tez-tez edən və müəyyən statusları sonradan təkrar istifadə və ya paylaşım üçün saxlamaq istəyən istifadəçilər üçün nəzərdə tutulub.

WhatsApp Tests a Status Archive Feature For Businesses | Beebom

Arxivlənmiş statuslar yalnız istifadəçinin özünə görünəcək və digər kontaktlar üçün əlçatan olmayacaq. İstifadəçi istədiyi halda bu arxivdən konkret statusları yenidən paylaşa və ya tamamilə silə biləcək.

Funksiya hazırda WhatsApp-ın Android platformasında məhdud sayda beta istifadəçisi üzərində test edilir. Geniş istifadəyə verilmə tarixi ilə bağlı isə hələ rəsmi açıqlama yoxdur, lakin sistemin mərhələli şəkildə bütün istifadəçilərə təqdim olunacağı gözlənilir.

Posted 
Jun 10, 2026
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All