Meta WhatsApp mesajlarının məxfiliyinin qorumaması iddiasıilə məhkəməyə verilib.
ABŞ-də qaldırılan yeni məhkəmə iddiasında Meta-nın WhatsApp-da ucdan-uca şifrələmə iddialarına baxmayaraq, mesaj məlumatlarına çıxış əldə edə bildiyi irəli sürülür.

WhatsApp-ın rəsmi açıqlamasına görə:
* Mesajlar açıq mənbəli Signal protokolu ilə şifrələnir
* Şifrələmə istifadəçinin cihazında həyata keçirilir
* Mesajlar cihazı tərk etməzdən əvvəl şifrələnir
* Mesajları yalnız nəzərdə tutulan alıcı aça bilər
* Şifrələmə açarları WhatsApp və Meta üçün əlçatan deyil
Beləliklə, Meta və WhatsApp ittihamları rədd edir və bildirir ki, mesajlar Signal protokolu ilə yalnız istifadəçilərin cihazlarında şifrələnir və şirkətin bu yazışmaları oxumaq imkanı yoxdur.



