"Xiaomi"nin ikinci elektrik mühərrikli avtomobili olan "YU7" krossoveri Çində inanılmaz ajiotaja səbəb olub. Bildirilir ki, sözügedən krossover konveyerdən hələ çıxmamış bir il yarım əvvəldən demək olar dərhal satılıb. "Xiaomi" "YU7"nin satışlarına başlanılması haqqında iyunun 26-da elan edib. Cəmi üç dəqiqə ərzində avtomobilin alınması üçün onlayn-sifarişlərin sayı 200 mini ötüb.

72 saatdan sonra bu rəqəmin 316 minə çatdığı bildirilir. Bununla da "YU7"nin bütün potensial tirajı düz 2027-ci ilin əvvəlinə qədər satılıb qurtarılıb.
Daha çox
Daily
kateqoriyasından
View All